21 Fevral 2019 20:29
365
SİYASƏT
A- A+

Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub


Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov fevralın 21-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov Dünya Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Əlaqələrin inkişafında yüksək səviyyəli görüşlərin mühüm rolu olduğunu vurğulayan Baş nazir bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşünü xatırladıb. Baş nazir bildirib ki, Dünya Bankı ilə Azərbaycan arasında kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrinin, məhkəmə sisteminin və digər sahələrin avtomatlaşdırılması, özünüməşğulluğun daha da inkişaf etdirilməsi üzrə layihələrə, əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılır. Bu layihələrin həyata keçirilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov deyib: "Bu günə qədər Azərbaycan ilə Dünya Bankı arasında 50-yə yaxın layihə reallaşıb, 10-a yaxın layihə isə həyata keçirilməkdədir. Hesab edirəm ki, sizin ölkəmizə səfərinizin, keçirilən səmərəli görüşlərin bu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyəti var”.

Novruz Məmmədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edən Mersi Tembon ölkəmizdə çox qısa müddət ərzində nail olunan inkişafdan məmnunluğunu bildirib. O, bu uğurların əldə olunmasında Azərbaycan dövlətinin və xalqının qətiyyətini xüsusi vurğulayıb və bunu təqdir etdiklərini deyib.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələrinin icrasının dəstəklənməsinə, Azərbaycanda icbari tibbi sığorta sisteminin formalaşdırılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video