21 Fevral 2019 20:22
793
Elm və texnika
A- A+

Koreyalı alimlər AMEA-nın Yüksək Texnologiyalar Parkı barədə məlumatlandırılıb


Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - Eun Yo Kim, So Hyun Kvon, Hoseo Universitetinin professoru Sanq Hyuk Suh və Hanbat Universitetinin professoru Yonq İn Çoi AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd parkda həyata keçirilən layihələr və istehsal edilən məhsullarla yaxından tanışlıq olub.

Əvvəlcə YT Parkın yeni yaradılmış Strateji Elmi Analitik Sınaq Mərkəzinə baş çəkən qonaqlara məlumat verilib ki, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada qaz və maye qazlarda, neft və neft-kimya məhsullarında, həmçinin istehlak mallarında toksik elementlərin dəqiq sınağı aparılır.

Parkın rezidentləri - Təcrübə-Sənaye Zavodunun və "Millers Oils Azərbaycan” şirkətinin istehsal sahələri ilə tanış olan koreyalı qonaqlara burada beynəlxalq standartlara cavab verən 100-dən çox adda yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli sənaye və sürtkü, həmçinin mühərrik yağları, o cümlədən yüksək müalicəvi effektə malik "Ağ Naftalan” yağının istehsal olunduğu bildirilib. Bundan əlavə, YT Park tərəfindən ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə kənd təsərrüfatında istifadə olunan hərbi və mülki təyinatlı dronların, qoruyucu jiletlərin, akkumulyatorların hazırlandığı vurğulanıb.

Koreyalı alimlər YT Parkın fəaliyyətindən məmnunluqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video