21 Fevral 2019 20:20
1389
PARLAMENT
A- A+

Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi olub


Milli Məclis və "ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə "Könüllülər Parlamenti-Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantının əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirin moderatoru "ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova bildirib ki, könüllülər hərəkatı ölkəmizdə 17 mindən çox gənci birləşdirir. Təşkilat 500-dən çox layihə həyata keçirib və 50 minədək gənci əhatə edib. Bu layihə də təşkilat üçün mühüm əhəmiyyətə malikdir.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib ki, bu layihənin həyata keçirilməsi birgə səylərin nəticəsidir. Milli Məclisin sədri Oqtay Əsədovun göstərişinə əsasən tədbir ən yüksək səviyyədə təşkil olunub və keçirilib. Gənclər Milli Məclisdə olduqları müddətdə komitə sədrləri və komitə sədrlərinin müavinləri ilə bir sıra görüşlər keçirib, maraqlı müzakirələr aparıblar. Gənclər bizim gələcəyimizdir. İnanırıq ki, gənclərimizin Vətənə xidmət istəyi bundan sonra daha da güclənəcək. Azərbaycanın belə gəncliyi varsa, ölkəmiz daim irəli gedəcək, daha böyük zirvələri fəth edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev layihənin əhəmiyyətini yüksək qiymətləndirib və onun yüksək səviyyədə keçirilməsinə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, bu layihə gənclərimizə müəyyən təcrübə əldə etmək üçün böyük dəstəkdir. Bu, onlara deputat olmağın məsuliyyətini dərk edərək həyatda öz yollarını seçməyə kömək edəcək.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev diqqətə çatdırıb ki, layihə çərçivəsində gənclər qanunvericilik prosesi ilə yaxından tanış olublar. Belə layihələr gənclərin liderlik qabiliyyətinin önə çəkilməsinə və onların şəxsiyyət kimi formalaşmasına dəyərli töhfədir. Ülvi Quliyev gənclərimizi sosial şəbəkələrdə fəal olmağa, Dağlıq Qarabağ və Xocalı həqiqətlərini dünyaya çatdırmağa səsləyib.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin ölkə həyatında iştirakçılığının artırılması, könüllülük fəaliyyətinin əhəmiyyəti barədə fikirlərini bildiriblər.

Sonra fəal gənclər və Milli Məclis Aparatının bu layihənin həyata keçirilməsində iştirak etmiş əməkdaşları təltif ediliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video