21 Fevral 2019 20:19
559
CƏMİYYƏT
A- A+

Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib

Fevralın 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.

AZƏRTACxəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Silahlı Qüvvələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, veteranlar və əcnəbi qonaqlar iştirak ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin, Əfqanıstan müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenantArzu Rəhimovçıxış edərək bildirib ki, digər müharibələrdə olduğu kimi, Əfqanıstan müharibəsində döyüşmüş azərbaycanlılar da çoxsaylı qəhrəmanlıq nümunələri göstəriblər. Sovet qoşunlarının tərkibində 9 mindən artıq azərbaycanlı bu müharibədə iştirak edib. Onlardan 208 nəfər həlak olub, 420 nəfər əlil olub, 7 nəfər isə itkin düşüb. Təsadüfi deyil ki, "Qırmızı döyüş bayrağı” ordeni ilə iki dəfə təltif olunan dörd döyüşçüdən biri azərbaycanlıdır. Həmçinin bir həmyerlimiz "Lenin” və "Qırmızı ulduz” ordeni, dörd nəfər iki dəfə "Qırmızı ulduz” ordeni ilə təltif olunub.

Xidmət rəisi deyib ki, bu müharibədə zəngin döyüş təcrübəsi toplamış azərbaycanlılar 1988-ci ildən 1994-cü ilədək Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda fəal iştirak ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlığa və şücaətə görə 17 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 36 nəfər "Azərbaycan bayrağı” ordeninə, müxtəlif dövlət təltiflərinə və medallara, həmçinin bir neçə hərbi qulluqçu general ali rütbəsinə layiq görülüb. Onların bir qismi döyüşlərdə həlak olub, itkin düşüb və ya sonradan vəfat ediblər.

Bu gün ölkəmizdə yeddi minə yaxın Əfqanıstan müharibəsi veteranının olduğunu vurğulayan Xidmət rəisi onların cəmiyyət həyatında fəal iştirak etdiklərini, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə və hərbi hazırlığına mühüm töhfələr verdiklərini deyib. Xüsusi qeyd olunub ki, xalqımızın ümummilli lideri Heydər Əliyev də Əfqanıstan müharibəsi iştirakçılarına daim diqqət və qayğı göstərib. Ulu Öndərin Əfqanıstan müharibəsinin iştirakçıları ilə görüşləri, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamlar dahi rəhbərin bu qəbildən olan şəxslərə diqqət və qayğısının təzahürüdür. Əfqanıstan müharibəsinin veteranları və əlilləri Azərbaycanda müharibə iştirakçıları üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə hüququna malikdirlər. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də veteranlara, o cümlədən Əfqanıstan müharibəsi iştirakçılarına yüksək diqqət və qayğı göstərir.

MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və "Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenantRuslan Auşevbildirib ki, başa çatmasından 30 il keçməsinə baxmayaraq, Əfqanıstan müharibəsi həyatımızın unudulmaz mərhələsi kimi yadda qalıb. Bu müharibə bizim üçün böyük həyat dərsi, fədakarlıq dövrü idi.

Azərbaycanda Əfqanıstan müharibəsi veteranlarına göstərilən hərtərəfli diqqət və qayğıdan məmnunluqla söz açan R.Auşev sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı ölkəmizdə keçirilən bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müaviniƏrəstun MehdiyevƏfqanıstan müharibəsinin başa çatmasının 30-cu ildönümü münasibətilə veteranları təbrik edərək bildirib ki, həmin müharibənin iştirakçıları qanlı döyüşlərdə əsl fədakarlıq göstərərək, üzərlərinə düşən məsul vəzifəni layiqincə yerinə yetiriblər. Həmin müharibədən qayıdan azərbaycanlı döyüşçülər dinc həyata başlamaq istəsələr də, təəssüf ki, yeni cəbhədə döyüşməli oldular. Əfqanıstan müharibəsinin azərbaycanlı veteranları doğma Vətənimizin ərazi bütövlüyü uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı vuruşmaq məcburiyyətində qaldılar. Torpaqlarımız uğrunda döyüşlərə ön sıralarda gedən igid döyüşçülər məhz Əfqanıstan cəbhəsinin odlu-alovlu yolunu keçmiş veteranlar idi.

Əfqanıstan müharibəsinin veteranlarının bu gün ləyaqətli vətəndaşlar kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini vurğulayan Prezident Administrasiyasının şöbə müdirinin müavini deyib ki, bu müharibənin iştirakçıları istər Azərbaycanda, istərsə də postsovet məkanında baş verən münaqişələrlə bağlı da obyektiv və qəti mövqe nümayiş etdirməlidirlər. Bu münaqişələrin aradan qaldırılması istiqamətində bütün veteranların, o cümlədən beynəlxalq təşkilatların rolu, mövqeyi qəti və aydın olmalıdır, onlar bu işə fəal töhfə verməlidirlər. Əgər bu gün Azərbaycan təcavüzə məruz qalıbsa, Ermənistan Azərbaycanın ərazilərini işğal edərək, bir milyondan çox vətəndaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salıbsa bu təcavüzə obyektiv qiymət verilməli, işğalçı ölkə qınanmalı, beynəlxalq səviyyədə layiqli cəzasını almalıdır. Biz bu məsələyə qiymət verilməsində tanınmış ictimai xadimlər kimi müharibə veteranlarının, o cümlədən vaxtilə Əfqanıstan müharibəsində iştirak etmiş şəxslərin fəallıq göstərəcəklərini gözləyirik.

Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə, veteranlara daim qayğı göstərdiyini, onların sosial-məişət problemlərinin həllini diqqətdə saxladığını vurğulayan Ə.Mehdiyev bildirib: "Bu tədbirin keçirildiyi vaxt Prezident İlham Əliyev bir Fərman və bir Sərəncam imzalayıb. Fərman Əfqanıstan müharibəsində həlak olan və itkin düşən hərbi qulluqçuların ailə üzvlərinə verilən Prezident təqaüdünün məbləğinin artırılması ilə bağlıdır. Sərəncam isə Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin fəaliyyətinin gücləndirilməsi məqsədilə bu quruma Prezidentin ehtiyat fondundan bir milyon manat vəsaitin ayrılması haqqındadır. Bu sərəncamlar Azərbaycan Prezidentinin Əfqanıstan müharibəsi veteranlarına ali diqqət və qayğısının daha bir təzahürüdür. Bu, həmçinin bir daha təsdiq etdi ki, Vətəni, xalqı üçün xidmət göstərən insanlara diqqət bundan sonra da davam etdiriləcək”.

Veteranlarımızın, o cümlədən Əfqanıstan müharibəsi iştirakçılarının bu gün də Azərbaycanda mühüm vəzifələr yerinə yetirdiklərini diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi bildirib ki, onlar gənc nəslin hərbi-vətənpərvərlik ruhunda yetişməsində, dövlətimizin sosial-iqtisadi inkişafında, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun artırılmasında daim fəallıqları ilə seçilirlər.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenantKərim Vəliyevmüdafiə naziri, general-polkovnik Zakir Həsənovun tədbir iştirakçılarına və Əfqanıstan müharibəsi veteranlarına ünvanlanan təbrik məktubunu oxuyub.

Əfqanıstan müharibəsinin iştirakçısı, iki dəfə "Qırmızı Döyüş Bayrağı” ordeni ilə təltif olunmuşŞakir Əhmədovxatirələrini bölüşüb, ölkəmizdə onlara göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işində veteranların daim fəal iştirak etdiklərini vurğulayıb. Ş.Əhmədov Əfqanıstan müharibəsi veteranlarının torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrinə daim hazır olduqlarını bildirib.

Çıxışlardan sonra Əfqanıstan müharibəsi, eləcə də ölkəmizdə bu müharibənin iştirakçısı olan veteranlara göstərilən dövlət qayğısından bəhs edən film nümayiş olunub.

Tədbir konsert proqramı ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video