21 Fevral 2019 20:17
442
İQTİSADİYYAT
A- A+

Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub


Azərbaycan ilə İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi hazırlanır.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Şahin Mustafayev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşüb. Görüşdə Ş.Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, Prezident İlham Əliyevin İtaliyaya səfərləri, ötən ilin iyulunda İtaliyanın Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərinin, bu səfərlər çərçivəsində keçirilən görüşlərin, biznes-forumların və aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb.

İkitərəfli iqtisadi əlaqələrdən danışan nazir qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 10 faiz artaraq 6,2 milyard dollar təşkil edib. Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda İtaliyanın iştirakı ilə tvinninq layihələri icra olunur. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. İtaliyanın "Maire Tecnimont” şirkətinin podratçısı olduğu "SOCAR Polymer” zavodunun bir neçə gün əvvəl açılışı olub. 2018-ci ildə bu zavodun birinci mərhələsinin açılışında hər iki dövlət başçısının iştirakı ikitərəfli əlaqələrin inkişafına verilən önəmin göstəricisidir.

Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu vurğulayan iqtisadiyyat naziri "Cənub Qaz Dəhlizi” layihəsinin, TANAP-ın ölkəmizin mühüm enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirdiyini, iştirakçı ölkələr arasında əməkdaşlığı gücləndirdiyini, Azərbaycan qazını İtaliyaya nəql edəcək TAP layihəsinin də uğurla icra olunduğunu vurğulayıb.

Bildirib ki, ölkəmizin artan tranzit imkanları, reallaşdırılan mühüm layihələr – "Şimal-Cənub”, "Şərq-Qərb” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır. Hazırda Azərbaycan ilə İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində iş aparılır.

Ş.Mustafayev ölkəmizin qeyri-neft sektoru sahəsində İtaliya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, energetika, infrastruktur, nəqliyyat, İKT, turizm, kənd təsərrüfatı, şərabçılıq və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb. Nazir italyan iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarında və məhəllələrində maşınqayırma, məişət texnikası, yüngül sənaye, əczaçılıq sahələrində birgə müəssisələrin təşkilinə dəvət edib.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini A.Cioffi yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında mühüm rolunu, səfərlər zamanı digər sahələr kimi, qeyri-neft sektoru sahəsində də əlaqələrin genişləndirilməsinə dair səmərəli müzakirələrin aparıldığını vurğulayıb. O, İtaliya şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində layihələrdə iştirak etməkdə marağını diqqətə çatdıraraq, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video