21 Fevral 2019 20:16
407
CƏMİYYƏT
A- A+

On dörd əcnəbinin saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirlər uğurla davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, son günlərdə 14 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində alınıb.

Belə ki, yanvarın 31-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Daşkənd-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşları 1989-cu il təvəllüdlü Muzaffar Radjabovun və 1993-cü il təvəllüdlü Mukhira Abdurasulovanın sərhəd naryadına təqdim etdikləri sənədlərdə saxtalaşdırma əlamətləri aşkarlanıb. Ətraflı yoxlama zamanı şübhələr təsdiqini tapıb.

Fevralın 2-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bağdad-Bakı-Frankfurt reysi ilə tranzit gedən 1963-cü il təvəllüdlü Kassar Ahwood Attianın təqdim etdiyi İsveç pasportunun saxta olması aşkarlanıb. Şəxsin üzərinə baxış zamanı İraq vətəndaşı 1951-ci il təvəllüdlü Huda Esttaifan İssaya məxsus pasport aşkarlanıb.

Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Doha-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1975-ci il təvəllüdlü Laiq Xanın təqdim etdiyi AB4004112 nömrəli pasportun 1988-ci il təvəllüdlü Gopang Din Muhammada məxsus olması müəyyənləşdirilib. Şəxsin üzərinə baxış zamanı ona məxsus Pakistan sürücülük vəsiqəsi aşkarlanıb.

Fevralın 4-də "Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Ukrayna vətəndaşı 1974-cü il təvəllüdlü Bədəlova Diləfruzun sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxtalaşdırılması müəyyən olunub.

Bundan iki gün sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1979-cu il təvəllüdlü Bibigül Şoevanın pasportunda saxtalaşdırma əlamətləri aşkar edilib.

Fevralın 8-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1996-cı il təvəllüdlü Abideen Zain Ulun sərhəd nəzarətinə təqdim etdiyi Portuqaliyaya məxsus daimi yaşayış kartının saxta olduğu müəyyən edilib.

Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1988-ci il təvəllüdlü Sheikh Muhammad Avvaisin təqdim etdiyi İtaliyaya məxsus daimi yaşayış kartının saxta olduğu aşkarlanıb.

Fevral 10-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə gələn Özbəkistan vətəndaşı 1978-ci il təvəllüdlü Murodova Dilovarın sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxtalaşdırması müəyyənləşdirilib.

Fevralın 13-də "Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1987-ci il təvəllüdlü Boynazarov Ozodun pasportunun saxtalaşdırılması aşkarlanıb.

Fevralın 14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Salem Waqas və 1997-ci il təvəllüdlü Khadim Saadın sərhəd nəzarətinə təqdim etdikləri pasportlara vurulmuş Danimarkaya məxsus Şengen vizasının tam saxta olması müəyyənləşdirilib.

Fevralın 14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul-Vankuver reysi ilə uçub gedən Hindistan vətəndaşı 1998-ci il təvəllüdlü Akaşdeep Sinqhin pasportuna vurulmuş Kanadaya məxsus vizanın tam saxta olduğu aşkarlanıb.

Fevralın 15-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçub gedən Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Durmaz Remzinin sərhəd nəzarətinə təqdim etdiyi Bolqarıstana məxsus pasportun saxta olmasına şübhə yaranıb və laboratoriya şəraitində yoxlanılan zaman təsdiqini tapıb.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video