21 Fevral 2019 20:14
748
Elm və texnika
A- A+

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bakı Atatürk Liseyində olub


Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti bu gün Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyində olub.

AZƏRTAC xəbər verir ki, qonaqlar öncə ayrı-ayrı siniflərə baş çəkib, liseydə yaradılan şəraitlə maraqlanıblar. Sonra liseyin rəhbərliyi ilə görüş olub. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın, səfirliyin təhsil müşaviri Mahmut Ağırmanın və səfirliyin digər təmsilçilərinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin dekanı, professor Hayati Beşirlinin də iştirak etdiyi görüşdə liseyin direktoru Eylem Gültəkin rəhbərlik etdiyi təhsil ocağının yaranma tarixi, fəaliyyəti və uğurları barədə ətraflı məlumat verib. Bildirib ki, TDAV təsisçisi, mərhum Turan Yazqan tərəfindən yaradılan bu lisey hər zaman məhz "Bir millət, iki dövlət” fəlsəfəsinə xidmət edən, bacarıqlı, dövlətini sevən və türk dünyasının inkişafına xidmət amalı ilə böyüyən gənclik yetişdirib. Hazırda liseydə təhsil almaq istəyənlərin sayı çoxdur, lakin məktəbin indiki binası buna imkan vermir. Liseyin rəhbəri qonaqlardan Bakı Atatürk Liseyinə yeni binanın ayrılması və digər məsələlərdə yardımçı olmalarını xahiş edib.

Professor Hayati Beşirli isə Türk Dünyası Araşdırmaları Vəqfinin təhsilə verdiyi önəm barədə danışıb, istər liseyin, istərsə də fakültənin hər hansı maddi maraq güdmədən, iki qardaş ölkə üçün daha bacarıqlı gənclər yetişdirmək istiqamətində fəaliyyət göstərdiyini bildirib. Türkiyəli qonaqların bu liseyə gəlməsini yüksək qiymətləndirən dekan "Bakı Atatürk Liseyinin fəaliyyət göstərdiyi 27 il ərzində öz saflığını qoruduğunu vurğulayıb.

Görüşdə çıxış edən Şamil Ayrım növbəti dəfə Azərbaycana gəlməyindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Nümayəndə heyətinin rəhbəri qardaş ölkələrimiz arasında əlaqələrin bu gün bütün sahələrdə, o cümlədən təhsil sahəsində ən yüksək səviyyədə olduğunu deyib. Şamil Ayrım, eyni zamanda, görüşdə iştirak edən nümayəndə heyətinin üzvlərinin Türkiyəyə qayıtdıqdan sonra Turan Yazqanın yadigarı olan Bakı Atatürk Liseyinə lazım olan dəstəyin göstərilməsi üçün müəyyən addımlar atacağını da bildirib.

Qarşılıqlı dialoq şəraitində davam edən görüşün sonunda nümayəndə heyətinin rəhbəri liseyin direktoruna xatirə hədiyyələri təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video