21 Fevral 2019 16:36
415
CƏMİYYƏT
A- A+

Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib


Dohada Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan ilə Qətər arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın həmsədrləri – Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Qətər Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Taninin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak ediblər.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan komissiyanın həmsədri Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin fevralında Qətərə səfərinin nəticələrinin əhəmiyyətini vurğulayıb. Baş nazirin müavini, həmçinin Bakıda keçirilmiş ilk iclasın yüksək səviyyədə təşkilinə və ekspertlər səviyyəsində görüşlərə görə təşəkkürünü bildirib.

Komissiyanın həmsədri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov ikitərəfli münasibətlərin inkişafının iki dövlətin maraqları üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

İclasda ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunub, münasibətlərin bundan sonra da yüksələn xətlə davam etdirilməsinin vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Həmsədrlər ikitərəfli əlaqələri daha da inkişaf etdirmək məqsədilə iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Görüşün sonunda Azərbaycan Respublikası hökuməti ilə Qətər Dövləti hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclasının Protokolu imzalanıb.

Protokolu Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Tani imzalayıblar.

Səfər çərçivəsində nazir K.Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Qətər Dövləti hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın əhəmiyyətindən danışılıb, iki ölkə arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video