21 Fevral 2019 16:02
409
İQTİSADİYYAT
A- A+

Komitə rəsmisi: FHN-də çoxmənzilli binaların sayı bir daha dəqiqləşdirilərək müayinəsi aparılacaq


"Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanına əsasən, bu il yanvarın 1-nə tikintisi tamamlanmış çoxmənzilli yaşayış binalarının (əgər istismar olunursa) istismara verilməsi prosesinin sadələşdirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyev deyib.

Komitə rəsmisi bildirib ki, bunun üçün Fərmanda çox dəqiq mərhələlər qeyd olunub və bu işlə məşğul olacaq dövlət orqanları müəyyənləşdirilərək, hər birinə konkret tapşırıqlar verilib: "Belə ki, 2 ay ərzində Fövqəladə Hallar Nazirliyində (FHN) çoxmənzilli binaların sayı bir daha dəqiqləşdirilərək hər birinin müayinəsi aparılacaq və onların dayanıqlılığı, texniki təhlükəsizliyi və istismara hazır olması barədə rəy veriləcək. Rəy verildiyi gündən tikintiyə icazə verən orqana, yəni Bakı şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhərlərdə isə aidiyyəti icraedici orqana ötürüləcək və 7 gün ərzində istismara icazənin verilməsi təmin olunacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video