21 Fevral 2019 16:01
759
Elm və texnika
A- A+

BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib


Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin rəhbərləri olan Fransa, Litva və Latviyadan gəlmiş ekspertlərlə görüşüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilən Tvinninq layihəsinin əhəmiyyətindən danışan Firudin Qurbanov layihənin icrasında əsas məqsədin Azərbaycan ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdan ibarət olduğunu deyib. F.Qurbanov icrasına 2018-ci ilin aprelində başlanılmış "Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin 2015-2017-ci illərdə həyata keçirilmiş "Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” Tvinninq layihəsinin davamı olaraq reallaşdırıldığını qeyd edib. Bildirib ki, Tvinninq layihələrinin tətbiqi ali təhsilin modernləşdirilməsi, müsbət beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, müasir tədris texnologiyalarından istifadənin artırılması və bütövlükdə ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığının təkmilləşdirilməsi baxımından yeni imkanlar yaradır. Hazırkı Tvinninq layihəsi üzrə seçilən on beş pilot ixtisasdan doqquzunun Bakı Dövlət Universitetində olduğunu xüsusi vurğulayan Firudin Qurbanov həmin ixtisasların təhsil proqramlarının məzmununda əhəmiyyətli dəyişikliklərin ediləcəyinə və bunun əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verən mütəxəssis hazırlığına imkan verəcəyinə əminliyini diqqətə çatdırıb.

Firudin Qurbanov, eyni zamanda, Bakı Dövlət Universiteti haqqında məlumat verib, bu ali təhsil ocağının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncam imzaladığını qeyd edərək yubiley tədbirlərinin UNESCO, ISESCO, eləcə də bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən keçiriləcəyini bildirib.

Fransanın Pedaqoji Araşdırmalar üzrə Beynəlxalq Mərkəzinin baş koordinatoru, Tvinninq layihəsinin rəhbəri Bruno Curvale layihə haqqında ümumi məlumat verib. O, layihə çərçivəsində həyata keçiriləcək tədbirlərdən bəhs edib, layihənin Azərbaycanda ali təhsilin təkmilləşdirilməsinə və bu sahədə mövcud hüquqi bazanın yenilənməsinə töhfə verməyə xidmət etdiyini diqqətə çatdırıb.

Litva Respublikasının Təhsil və Elm Nazirliyinin əməkdaşı, layihə rəhbəri Giedrius Viliunas Azərbaycan və Litva təhsil sistemləri arasındakı oxşarlıqdan danışıb. O, Bakı Dövlət Universitetinin aparıcı ali təhsil müəssisəsi olduğunu bildirib və bu universitetdə əldə ediləcək nailiyyətlərin bütövlükdə ölkənin ali təhsilinin inkişafına xidmət edəcəyinə əminliyini vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video