21 Fevral 2019 13:01
280
CƏMİYYƏT
A- A+

Dünya Bankı Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndirir


Əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə ötən dövrdə müsbət əməkdaşlıq təcrübəsi mövcuddur və bu təcrübə əməkdaşlığın uğurla davam etdirilməsi üçün yaxşı əsas yaradır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon ilə nazirlikdə keçirilən görüşdə bildirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Sahil Babayev Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən, nazirliyin fəaliyyət istiqamətlərində aparılan islahatlar barədə məlumat verib. O, ölkəmizdə dövlət sosial xidmətlərinin vahid mərkəzdən "bir pəncərə” prinsipi üzrə çevik və tam şəffaf şəkildə təqdim olunmasını nəzərdə tutan yeni "DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi işlərinin ardıcıl xarakter aldığını vurğulayan nazir dövlət başçısının cari ildə imzaladığı sənədlər əsasında bu istiqamətdə növbəti əhəmiyyətli addımların atıldığını deyib.

S.Babayev ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs edib. O, yeni Məşğulluq Strategiyasının hazırlanmasında Dünya Bankının aktiv texniki dəstəyinin, "Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya”nın, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması, risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyalar və prosedurların işlənməsi sahəsində Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb.

Dünya Bankının regional direktoru Mersi Tembon ölkəmizdə həssas qrupların rifah halının yaxşılaşdırılması sahəsində atılan addımların təqdirəlayiq olduğunu deyib. O, Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndirdiklərini, ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatların mühüm əhəmiyyət kəsb etdiyini, bu islahatlar prosesində Dünya Bankı ilə birgə işlərin gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində islahatlar və aktiv məşğulluq tədbirlərinin təşkili, bu sahədə dünyanın mütərəqqi təcrübələrinin öyrənilməsi, əmək bazarı üzrə informasiya təminatının inkişaf etdirilməsi və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video