21 Fevral 2019 11:14
379
İQTİSADİYYAT
A- A+

Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib


Fevralın 21-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakıda ekspertizası tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin aparat rəhbəri Anar Quliyev respublikada Prezident İlham Əliyev tərəfindən şəhərsalma sahəsində həyata keçirilən islahatlardan danışıb. Qeyd edib ki, sözügedən islahatlar nəticəsində ölkədə sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin yaradılması sahəsində mühüm təddbirlər görülüb.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov istifadəyə verilən elektron müraciət sisteminin üstünlüklərindən söz açıb. Bildirib ki, təqribən 1 həftə ərzində ərsəyə gələn sistem sadə formada hazırlanaraq, şəxsi kabinet prinsipi ilə təmin olunub. Tikintiyə icazə və digər məsələlər müraciətlər əsasında elektron formada reallaşdırılacaq. Bütün proseslər aidiyyəti dövlət qurumlarını əhatə edəcək.

Tədbirdə sistemin fəaliyyəti və ondan istifadə qaydaları barədə videoçarx nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video