21 Fevral 2019 11:13
467
İQTİSADİYYAT
A- A+

SOCAR-ın Türkiyədəki investisiya layihələri müzakirə olunub


SOCAR-ın Türkiyədə həyata keçirdiyi investisiya layihələri müzakirə edilib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli bir meqalayihənin reallaşdırılmasında hər iki qardaş ölkənin dövlət başçılarının göstərdiyi qətiyyətli mövqe və siyasi həmrəylik həlledici faktorlar kimi qeyd olunub, SOCAR-ın Türkiyədə həyata keçirdiyi bütün əməliyyatlarında ölkə başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın göstərdiyi diqqət, davamlı dəstək xüsusi vurğulanıb. SOCAR-ın Türkiyədə həyata keçirdiyi nəhəng investisiya layihələri müzakirə edilib, onların Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın inkişafına verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb.

Rəsmi görüş və müzakirədən sonra qonaqlar "SOCAR Tower”də ölkəmizin qədim neft tarixini və ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurla reallaşdırılmasını özündə əks etdirən interaktiv neft sərgisi ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video