21 Fevral 2019 11:08
613
İDMAN
A- A+

UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı məlum olub


UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı məlum olub.

AZƏRTAC xəbər verir ki, onaltıdabir final mərhələsinin cavab görüşləri "Sevilya” (İspaniya) – "Latsio” (İtaliya) oyunu ilə başlanıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab 20-ci dəqiqədə Ben Yederin sayəsində açılıb - 1:0. Qarşılaşmanın 78-ci dəqiqəsində isə Pablo Sarabiya son nöqtəni qoyub - 2:0. Qalan dəqiqələrdə italyanlar oyunda dönüş yaratmaq istəsələr də cəhdləri alınmayıb.

Matçın baş hakimi hər iki komandanın heyətindən bir futbolçunu meydandan kənarlaşdırıb - "Sevilya”dan Franko Vasqesi, "Latsio”dan isə Adam Maruşiçi.

Beləliklə, "Sevilya” UEFA Avropa Liqasının səkkizdəbir finalının ilk iştirakçısı oldu. Komandaların İtaliyada keçirilən görüşündə ispanlar minimal hesabla üstün olublar (0:1).

Qeyd edək ki, onaltıdabir final mərhələsinin digər 15 oyunu fevralın 21-də keçiriləcək. Turnirin püşkatma mərasimi isə fevralın 22-də baş tutacaq.

Turnirin final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video