21 Fevral 2019 00:52
693
Təhsil
A- A+

Bu sərəncam tələbələr arasında sağlam rəqabət yaradacaq


Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakını təmin etmək məqsədi daşıyır. Dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət yeni mərhələdə ən müxtəlif sahələri əhatə edir və geniş spektrlidir. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, həmçinin, cəmiyyət həyatının bütün sahələrində fəal iştirakları ilə bağlıdır.

Bunun nəticəsində Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər qazanır. Dövlətçilik ənənələrini daim uca tutan Azərbaycan gəncliyi çoxşaxəli islahatların həyata keçirilməsində fəal iştirak edir.

Bu fəaliyyət tələbə-gənclərə də aiddir. Onlar da dövlət başçısının göstərdiyi diqqət və qayğıdan bəhrələnirlər. Prezident İlham Əliyevin tələbə təqaüdlərinin 30 faiz artırılması haqqında imzaladığı sərəncamın isə özəllikləri var. Məsələn, bu sənəd imkan verir ki, təqaüdlə yararlana bilən tələbələrin sayı artsın. Mart ayının 1-dən etibarən 30 faiz əlavə tələbə təqaüddən yararlana bilmək fursəti əldə edəcək. Bu, təbii ki, bir çox tələbənin müxtəlif istiqamətlərdə fəallığına da stimul yaradacaq. Çünki təqaüd tələbə üçün, sadəcə, maddi vəsait deyil, həm də fərqlənməsi üçün bir motivasiyadır. Nəzərə alaq ki, bu sərəncamla 2020-2021-ci illərdə təqaüd alanların sayı da xeyli artacaq. Bu həm də o deməkdir ki, hər iki tələbədən biri təqaüd alacaq. Yəni indiyə kimi təqaüd almayan tələbə də yaxşı oxumağa çalışacaq. Unutmayaq ki, sağlam rəqabət cəmiyyətin inkişafında mühüm amillərdən bəlkə də birincisidir.

Aytac HƏSƏNOVA,

Azərbaycan Dövlət İqtisad Universitetinin II kurs tələbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video