21 Fevral 2019 00:51
780
Təhsil
A- A+

Azərbaycanda gənclərə həmişə qayğı olub


Azərbaycanda gənclərə, onların təhsilinə dövlət qayğısı hər zaman olub. Təhsilin bütün pillələrində biz bu yanaşmanı aydın görürük. İstər ali təhsil imkanlarının genişləndirilməsi, gənclərin təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da təhsil almaları üçün əlverişli şəraitin yaradılması, istərsə də universitetlərin maddi-texniki bazasının gücləndirilməsi, məktəb tikintisinin və təmir işlərinin geniş vüsət alması fikirlərimin əyani təsdiqidir.

Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı ölkə Prezidentinin verdiyi sərəncam bu istiqamətdə görülən uğurlu işlərin davamıdır. Xüsusilə təqaüdlərin artırılmasının yalnız bakalavr deyil, magistrlərə və doktorantlara da şamil olunması bizi çox sevindirdi. Magistratura və doktorantura pilləsində təhsil alanların tədqiqat işlərinin yerinə yetirilməsi və onların nəticələrinin nəşr etdirməsi üçün müəyyən maddi vəsaitə ehtiyacı olur. Artıq bu artımdan sonra xərclərimizi özümüz ödəyəcəyik ki, bu da valideynlərin qayğılarını bir qədər azaldacaq.

Daha bir mühüm məsələ odur ki, bu sərəncam məcburi köçkün, şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına da təqaüdün verilməsini reallaşdıracaq. Yəni indiyədək bu kateqoriyadan olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdi. Bu sərəncam ona imkan verəcək ki, həmin qrup tələbələr həm də təqaüd alsınlar. Mən özüm Füzuli rayonundan məcburi köçkünəm, ödənişli əsaslarla magistraturaya daxil olmuşam. Sağ olsun dövlətimiz, Prezidentimiz həm təhsil haqqımı ödəyir, həm də təqaüd verir. Tələbələrin sevincinə səbəb olan belə bir sərəncam imzaladığına görə dövlət başçısına təşəkkürümüzü bildiririk.

Məryəm YAQUBLU,

Azərbaycan Memarlıq-İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsinin II kurs magistri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video