20 Fevral 2019 20:37
1199
Səhiyyə
A- A+

Kardioloqlar qozun və badamın müalicəvi əhəmiyyətə malik olmasını sübut ediblər


Cəmi bir ovuc qoz şəkərli diabet xəstələrinin ürəktutma və ya insult keçirməsi riskini xeyli azalda bilir. Bu, vacib kəşfdir. Axı metobolik pozuntulardan əziyyət çəkən şəxslərin ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri aparıcı yer tutur.

AZƏRTAC "MedDeyli” saytına istinadla xəbər verir ki, gündə təqribən 7 ədəd qoz və ya 24 ədəd badam yeyən diabetiklər cəmi bir həftədən sonra özlərini xeyli yaxşı hiss ediblər. Bu halda ürək-damar xəstəliklərindən ölüm və ya bu xəstəliklərin kəskinləşməsi riski, müvafiq surətdə 34 faiz və 17 faiz azalıb. Diabet aşkar edilənə qədər mütəmadi olaraq qoz yeyən adamların ürək-damar xəstəlikləri üzündən vaxtsız ölüm halları 25-27 faiz azalıb.

İşemiya xəstəliyinin kəskinləşməsi riski 11-15 faiz azalır. Bütövlükdə qoz və badam yeyən xəstələrin qanında şəkərin səviyyəsi, qan təzyiqi göstəriciləri və damarların divarcıqlarının işi xeyli yaxşılaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video