Alternative content

11:05 29 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qrip əleyhinə universal vaksinin yaradılması istiqamətində daha bir addım atılıb
Qrip əleyhinə universal vaksinin yaradılması istiqamətində daha bir addım atılıb
ANA SƏHİFƏ / Səhiyyə
20:26 20.02.2019

Alimlər insanın hətta peyvənddən sonrakı immun sistemindən fərqli olaraq, virusun hər hansı ştammına reaksiya verə biləcək hüceyrələr aşkarlayıblar. Bu kəşf hər il yenilənməyə ehtiyacın olmadığı vaksinin işlənib hazırlanmasını bir addım da yaxınlaşdırır.

Qrip virusları daim dəyişdiyindən, alimlər və həkimlər hər mövsümqabağı vaksinləri yeniləməyə, onlara hansı ştammları daxil etməyi fikirləşməyə məcburdurlar. "Telegraph” bu barədə yazır ki, avstraliyalı tədqiqatçılar geniş yayılan və təhlükəli olan xəstəliyə qarşı universal vaksini yaratmağa imkan verən mexanizm aşkarlayıblar.

AZƏRTAC xəbər verir ki, Piter Doerti adına İnfektologiya və İmmunitet İnstitutunu və Monaş Universitetini təmsil edən mütəxəssislər komandası insanları yoluxdurmaq qabiliyyətinə malik qripin bütün ştammları üçün səciyyəvi olan zülali qişalar sahəsini müəyyənləşdirib. Virusun az öyrənilmiş müxtəlif növlərinə xüsusi diqqət ayrılıb. Bu növlər tez-tez epidemiya əmələ gətirməsələr də, xüsusən uşaqlar üçün ölüm təhlükəsi daşıyır.

Sonra alimlər bu sahələrə reaksiya verən immun hüceyrələrini axtarmağa başlayıblar və bu hüceyrələrin T-killerlər olduğu müşahidə edilib.

Siçanlar və insanın ağciyərlərinin hüceyrələri üzərində aparılan eksperimentlər təsdiq edib ki, hüceyrələr virusun universal fraqmentinin iştirakı zamanı fəallaşır və növbəti zədələnmələrdə müdafiəni təmin edirlər.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf qripin bütün ştammlarından birdəfəlik və uzunmüddətli müdafiəni təmin edən vaksinin işlənib hazırlanmasına imkan yaradacaqdır.

Daha əvvəl britaniyalı tədqiqatçılar hər hansı qrip epidemiyasının qarşısını ala biləcək üsulun işlənib hazırlanması barədə bildirmişdilər. Söhbət virusun müdafiə zülallarına təsir edən dərmandan gedir. Oksforddan olan tədqiqatçılar isə qrip təkamülünün riyazi modellərindən istifadə edərək, universal vaksin yaratmağa cəhd göstərirlər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM