20 Fevral 2019 17:45
696
Təhsil
A- A+

Ankarada Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti yüksək dəyərləndirilib


Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun Türkiyəyə üçgünlük rəsmi səfəri başa çatıb.

AZƏRTAC xəbər verir ki, səfərin sonuncu günü Ankaradakı Heydər Əliyev Məktəbi ilə tanışlıq olub. Burada məktəbin fəaliyyəti və tədris metodikası barədə ətraflı məlumat verilib. Məktəbdə sagirdlərin Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən rəsm sərgisi ilə tanışlıq olub.

Ceyhun Bayramov Azərbaycan Təhsil Nazirliyi adından məktəbə ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən, o cümlədən Heydər Əliyev Fondunun ölkəmizin həqiqətlərinə və mədəniyyətinə aid çap etdirdiyi nadir nəşrləri hədiyyə edib.

Məktəbin qapalı idman və konsert zalında müəllim və şagirdlərin iştirakı ilə toplantı təşkil olunub.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov, Ankara Təhsil İdarəsinin rəisi Turan Akpınar və Heydər Əliyev Məktəbinin müdiri Necati Şəngəzərin çıxışları dinlənilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün şəxsiyyətlərinin ucalığından bəhs edən çıxışçılar bildiriblər ki, hər iki tarixi şəxsiyyət ölkələrimizdə elm və təhsilin inkişafına xüsusi diqqət veriblər. Onların təhsil sahəsində qəbul etdikləri qərarlar tarixi missiya daşıyıb. Vurğulanıb ki, Heydər Əliyevin adını daşıyan məktəbdə oxumaq həm şərəfli, həm də məsuliyyətlidir. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət!”, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadələrini xatırladan çıxışçılar qeyd ediblər ki, ölkələrimizdə təhsilin inkişafı, o cümlədən bu sahədə əlaqələrimizin böyük bəhrəsi dahi liderlərin arzu və istəklərinin gerçəkləşməsidir.

Çıxışlardan sonra şagirdlər zəngin bədii və idman proqramı təqdim ediblər. Azərbaycanın gözəlliyini və əzəmətini, Türkiyə ilə qardaşlığımızı tərənnüm edən şeirlər söylənilib, maraqlı idman nömrələri göstərilib.

Daha sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov ilə Türkiyənin milli təhsil naziri Ziya Səlcuk arasında görüş olub. Görüşdə Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair səmərəli fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkənin müvafiq nazirlikləri arasında əlaqələrin dinamik inkişafını yüksək dəyərləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video