20 Fevral 2019 17:37
1248
PARLAMENT
A- A+

Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçıları ilə daha bir görüş keçirilib


Fevralın 20-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı və komitənin üzvü Elşən Musayev Milli Məclisdə "Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin iştirakçıları ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Aydın Mirzəzadə könüllülər hərəkatının son illərdə gənclərimizi daha çox əhatə etməyə başladığını və özünü doğrultduğunu söyləyib. Bildirib ki, gənclər bu hərəkata qoşulmaqla ictimai həyatda ilk addımlarını atırlar və burada qazanılmış təcrübə onların gələcəkdə cəmiyyətdə öz yerlərini tutmalarına kömək olacaq.

Məlahət İbrahimqızı və Elşən Musayev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, aparılan islahatlardan danışıb, belə görüşlərin əhəmiyyətini vurğulayıblar. Deputatlar gənclərə təmsil etdikləri komitələrin gördükləri işlər, qanun yaradıcılığı prosesi və parlamentin iş prinsipi haqqında məlumat veriblər. Gənclər müxtəlif qanun layihələrinin hazırlanması, təkliflərin verilməsi, prosedur qaydalar və digər məsələlər haqqında məlumatlandırılıb.

Sonda layihə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video