20 Fevral 2019 15:50
637
Təhsil
A- A+

Təhsil Nazirliyi: Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya təlim səfəri təşkil olunub


Avropa İttifaqının "Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya təlim səfəri təşkil olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlim səfərində bu qurumu və üç ali təhsil müəssisəsini (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universiteti) təmsil edən 7 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib.

Səfərin məqsədi kompetensiyaya əsaslanan təhsil proqramlarının hazırlanması, təlim nəticələrinin işlənməsi və ümumilikdə ali təhsil sisteminin Bolonya kontekstində inkişafı sahəsində həmin ölkələrdə mövcud təcrübə ilə yaxından tanışlıq olub.

Nümayəndə heyətinin üzvləri Litvanın Təhsil, Elm və İdman Nazirliyi, Ali Təhsildə Keyfiyyətin Qiymətləndirməsi Mərkəzi, Vilnüs Universiteti və Vilnüs Gediminas Texniki Universitetində görüşlər keçirib, kompetensiyalara əsaslanan təhsilin həyata keçirilməsi sahəsində mövcud çətinliklər və əldə olunmuş nailiyyətlər barədə öz həmkarları ilə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, nümayəndə heyətinin üzvləri Latviyanın Təhsil və Elm Nazirliyində görüşdə iştirak edib, peşə, dövlət ali təhsil standartlarının kompetensiyalara əsaslanan yanaşmanı nəzərə almaqla işlənib hazırlanması sahəsində Latviya təcrübəsi ilə tanış olublar. Riqa Texniki Universiteti və Latviya Universitetində isə kompetensiyalara əsaslanan yanaşmanın pedaqoji, texniki və təbiət elmləri üzrə təhsil proqramlarında tətbiqi ilə bağlı Latviya təcrübəsi öyrənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video