20 Fevral 2019 13:13
1197
Səhiyyə
A- A+

Yaşıl çay mikrob əleyhinə güclü təsirə malikdir


Yaşıl və qara çay eyni koldan yığılsa da, fərq yalnız çay yarpaqlarının emalındadır. Qara çay xüsusi şəraitdə qurudulur və bunun nəticəsində onun tərkibi bir qədər dəyişərək fermentasiya olunur. Yaşıl çay isə xüsusi emala məruz qalmır, onun istehsalı zamanı yarpaqlar soldurulmadan kəskin su buxarına verilərək qurudulur. Belə emal nəticəsində yaşıl çay yarpağının tərkibindəki xlorofil, aşı maddələr və S vitamininin miqdarı azalmır. Ona görə də isti və quru iqlim şəraitində yaşıl çay bədənin tonusunu və gümrahlığını yüksəldir, hətta az miqdarda içəndə də susuzluğun qarşısını alır və sərinlik bəxş edir.

AZƏRTAC xəbər verir ki, Şərqdə min bir dərdin dərmanı sayılan yaşıl çay güclü antioksidant xüsusiyyətlərə malikdir, orqanizmi müxtəlif zərərli maddələrdən təmizləyir və nəticədə immun sistemi möhkəmlənir, insan cavanlaşır. Yüksək hərarətlə müşayiət olunan müxtəlif iltihabı xəstəliklər və soyuqdəymələr zamanı yaşıl çay yaxşı tərlədici təsir göstərir və zəhərlənmə ilə uğurla mübarizə aparır.

Alimlərin fikrincə, güclü mikrob əleyhinə təsirə malik olan yaşıl çay insanı fəallaşdırır, əqli və fiziki aktivliyi artırır, əhvali-ruhiyyəni qaldırır. Həkimlər onun axşam vaxtlarında qəbul edilməsini məsləhət görmürlər. Səhər tezdən içilən bir fincan yaşıl çay əmək qabiliyyətinin yüksəlməsinə səbəb olur. Yaddaşı və diqqəti artıran yaşıl çay sinir sisteminə müsbət təsir göstərir, depressiyadan çıxmağa kömək edir. Bundan başqa onun qəbulu həm də ürək-damar sistemi üçün faydalıdır, aterosklerozun əmələ gəlməsi riskini azaldır, arterial təzyiqi aşağı salır. Ona görə də hipotoniyadan əziyyət çəkənlərin yaşıl çay içməsi tövsiyə edilmir.

Yaşıl çay damaq iltihabı profilaktikasında ən yaxşı vasitələrdən sayılır, üstəlik də gözəl kosmetik vasitədir. Antiseptik xüsusiyyətləri sayəsində üz dərisindəki səpgilərlə mübarizə aparır, dəriyə tonuslaşdırıcı təsir göstərir. Kosmetoloqlar onu soyuducuda xırda kub formasında dondurmaq və sonra həmin buzlarla üzü silməyi məsləhət görürlər.

Yaşıl çay çini fincanda dəmlənilir, su çox qaynar olmamalıdır, çünki qaynar su çayın dadını və ətrini dəyişir. Yalnız təzə dəm içilməsi məsləhət görülən yaşıl çay süzüləndən sonra ona qaynar su əlavə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video