20 Fevral 2019 13:12
1584
Qəbullar
A- A+

Prezident İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub


Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşdən məmnunluğunu bildirdi, səfərin məhsuldar olacağına əminliyini ifadə etdi. Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin yaxşı tərəfdaş olduqlarını dedi. İtaliya şirkəti tərəfindən inşa olunan "SOCAR-Polymer” zavodunun bir neçə gün əvvəl açılışında iştirakını xatırladan dövlətimizin başçısı ötən il bu zavodun birinci mərhələsinin açılışının İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə həyata keçirildiyini dedi. Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən neft-qaz, tikinti və iqtisadiyyatın digər sektorlarında da uğurla fəaliyyət göstərdiklərini və ölkəmizin onların fəaliyyətindən məmnun olduğunu bildirdi. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi layihəsinin icrası ilə bağlı ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu dedi. Qeyd etdi ki, bu layihə dövlətləri və şirkətləri daha da sıx birləşdirir.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi görüşə görə minnətdarlığını bildirdi. O, dövlətimizin başçısı ilə görüşün bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olduğunu dedi. Andrea Cioffi Azərbaycan ilə münasibətlərin bütün sahələrdə, o cümlədən ticarət sahəsində də inkişaf etdiyini vurğuladı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video