20 Fevral 2019 01:09
778
Təhsil
A- A+

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb


Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan "İlin ən yaxşı tələbəsi” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, bu sahədə həyata keçirilən çoxsaylı dövlət proqramlarından danışıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayan F.Qurbanov ulu öndərin siyasi xəttinin uğurla davam etdirildiyini deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə, onların təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Təhsil sahəsi, tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı Prezident sərəncamlarının əhəmiyyətini vurğulayan F.Qurbanov gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, ictimai fəallığının yüksəldilməsi, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin dövlətin daim diqqətində olduğunu bildirib.

F.Qurbanov müasir dövrdə gənclərin qarşısında duran vəzifələri, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işləri xatırladaraq tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmaları üçün bilik və bacarıqlarını daim inkişaf etdirməli olduqlarına da diqqət çəkib. O, Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamının əhəmiyyətini qeyd edib, tələbələri yubiley tədbirlərində fəal iştiraka çağırıb.

Sonra F.Qurbanov "İlin ən yaxşı tələbəsi” adını qazanmış tələbələri təbrik edib.

BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov, Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Kərimov ölkəmizdə gənclərin təhsili üçün geniş imkanların yaradıldığını vurğulayıb, bilikli, istedadlı tələbələrə göstərilən diqqət və qayğıdan danışıblar.

Coğrafiya fakültəsinin birinci kurs tələbəsi, Aprel döyüşləri iştirakçısı Ramil Əmiraslanov Azərbaycan Prezidenti İlham Əliyevin tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı sərəncamlarının təhsilə töhfə verəcəyinə əminliyini diqqətə çatdırıb. O, eyni zamanda, Aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaətlərin böyük ruh yüksəkliyi doğurduğunu söyləyib.

Hüquq fakültəsinin birinci kurs tələbəsi, uşu-sanda üzrə 11 qat dünya, 3 qat Avropa çempionu, Prezident mükafatçısı Emil Hacıyev, biologiya fakültəsinin üçüncü kurs tələbəsi Məryəm Ramazanova dövlətimizin gənclərin inkişafı üçün yaratdığı şəraitdən bəhs ediblər.

Tədbirdə ilin ən yaxşı tələbələri müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüblər. Tələbələr yüksək təhsil göstəriciləri və liderlik keyfiyyətlərinə, yerli və beynəlxalq səviyyəli elmi konfranslarda çıxışlarına, sanballı elmi araşdırmalarına, universitetin və respublikanın ictimai həyatında fəal iştirakına, vətənpərvərlik təəssübkeşliyinə, mədəniyyət, incəsənət sahəsində qazandığı uğurlarına, idman yarışlarında əldə etdiyi yüksək nəticələrinə görə mükafatlandırılıblar.

Sonra Bakı Dövlət Universitetinin tələbələri doktorant və tələbələrin təqaüdlərinin artırılması ilə bağlı imzaladığı sərəncamlara görə Prezident İlham Əliyevə müraciət qəbul ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video