20 Fevral 2019 01:02
520
İQTİSADİYYAT
A- A+

“Made in Azerbaijan” brendi qızıl medala layiq görülüb


Rusiyanın paytaxtı Moskva şəhərində 69 ölkədən 2242 şirkətin iştirakı ilə keçirilən "Prodekspo - 2019” beynəlxalq sərgisində "Made in Azerbaijan” brendi qızıl medala layiq görülüb.

Azərbaycandan 30-dan çox firmanın iştirak etdiyi sərgidə "FAVO” yerli məhsulumuz "Ən yaxşı məhsul - 2019” müsabiqəsində qızıl medalla təltif olunub.

Belə ki, "Ulduz” şokolad fabriki özünün müxtəlif çeşidli məhsullarını sərgiləmək imkanı əldə edib. Sərgi çərçivəsində keçirilən "Ən yaxşı məhsul - 2019” müsabiqəsində fabrikin yeni istehsalı olan "FAVO” taxıllı batonlarının portağallı desert baton çeşidi minlərlə rəqibini geridə qoyaraq qalib olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video