20 Fevral 2019 00:59
547
SİYASƏT
A- A+

Gənclərə yaradılan şəraitdən çox razıyıq


Bu adı daşımaq üçün bizə dövlət tərəfindən yaradılan şəraitdən çox razıyıq. İstər orta məktəbdə, istərsə də universitet illərində üzərimizdə daim diqqət və qayğını hiss etmişəm. Təhsil aldığım Bakı Slavyan Universitetində tələbələrə yüksək şərait yaradılıb. Tərcüməçi ixtisasını da təsadüfi seçməmişəm. Bu peşəmlə həm də gələcəkdə Azərbaycan ədəbiyyatının təbliğində üzərimə düşən vətəndaşlıq borcumu yerinə yetirəcəyəm. Fəxr edirəm ki, Homeri azərbaycancaya çevirən şair-tərcüməçi, alim Ənvər Rzanın dünyaya göz açdığı Kəlbəcər torpağındanam. Onu da deyim ki, hazırda III kurs tələbəsi kimi təhsil aldığım Tərcümə fakültəsinin müəllimlərindən biri və kafedra müdiri məhz mərhum Ənvər Rza olub.

Çalışacağam ki, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu və hazırda İtaliyanın Sapiens Universitetinin magistrantı olan qardaşım Sənan Heydərli kimi, mən də xarici dilləri mükəmməl öyrənim və təhsilimi vətəndən uzaqlarda davam etdirim. Bunun əsas səbəblərindən biri dilimizi, ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi əcnəbilərə sevdirmək olsa da, eyni zamanda dədə-baba yurdlarımızı, Qarabağımızı işğal etmiş ermənilərin məkrli, çirkin niyyətlərini həmin xarici dillə ifşa etmək, bu istiqamətdə dövlət başçısının yürütdüyü siyasətə bir tələbə-gənc olaraq öz töhfəmi verməkdir.

Ali və orta ixtisas təhsili alan tələbələrin təqaüdlərinin artırılması isə, əlbəttə, məsuliyyətimizi qat-qat artırır. Biz gəncliyə göstərilən diqqətə, yaradılan şəraitə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bu, bir daha göstərir ki, dövlətimiz gənclərə böyük dəyər verir.

Səma ALMƏDƏTOVA,

Bakı Slavyan Universitetinin III kurs tələbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video