20 Fevral 2019 00:57
631
SİYASƏT
A- A+

Xocalı soyqırımının ukraynalı pilot şahidi: “Hamımız bu dəhşətli faciədən sarsılmışdıq”


Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti başlayandan sonra dinc əhalinin hərbi münaqişə zonasından çıxarılması üçün Qarabağa intensiv uçuşlar edirdim. 1992-ci il fevralın 27-də idarə etdiyim helikopter Xocalı üzərində uçarkən dəhşətli mənzərənin şahidi olduq. Dağın döşündə şəhərin dinc sakinlərinin cəsədləri vardı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ukraynanın Lvov şəhərində "Xocalı soyqırımının hüquqi aspektləri” mövzusunda keçirilən seminarda çıxışı zamanı Xocalı faciəsinin canlı şahidlərindən biri - ukraynalı helikopter pilotu Leonid Kravets söyləyib.

Pilotun sözlərinə görə, onlar Gəncəyə qayıdaraq yerli hakimiyyət orqanlarını bu haqda məlumatlandırıblar: "Sonradan həmin yerə jurnalist Çingiz Mustafayev və onun köməkçilərini çatdırdım. Hamımız bu dəhşətli faciədən sarsılmışdıq. O qədər çox cəsəd var idi ki, hadisənin miqyasını tam əks etdirmək üçün çəkilişi yuxarıdan aparmaq lazım idi”.

Ukraynalı pilot bildirib ki, Xocalı hadisəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.

Qeyd edək ki, seminar Azərbaycanın Ukraynadakı səfirliyi, "Lvov Politexnik” Milli Universiteti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin gənclər departamentinin və UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video