19 Fevral 2019 21:49
692
Təhsil
A- A+

Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb


Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Ankara şəhərindəki Heydər Əliyev Parkı və "Anıtqəbir" kompleksi ziyarət olunub.

Ulu Öndərimizin adını daşıyan parkda ümummilli lider Heydər Əliyevin abidəsi önünə Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram göstərilib.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - "Anıtqəbir" mavzoleyi ziyarət edilib. Təhsil Nazirliyi adından Atatürkün məzarı önünə əklil qoyulub.

Daha sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren arasında görüş keçirilib. Görüşdə iki qardaş ölkə arasında təhsil sahəsində əlaqələrin vacib istiqamətləri müzakirə olunub. O cümlədən Azərbaycanda müxtəlif ixtisaslar üzrə fəlsəfə doktorlarının Türkiyədə təqaüd əsasında elmi araşdırmalarını davam etdirmələrinə dair səmərəli fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov bildirib ki, Azərbaycandakı ali təhsil ocaqlarında işləmək üçün Türkiyə universitetlərində müxtəlif ixtisaslar üzrə fəlsəfə doktorlarının yetişdirilməsinə ehtiyac var. Azərbaycan tərəfi istəyir ki, Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi bu sahədə Azərbaycan üçün kvotanın artırılmasını nəzərə alsın.

Daha sonra Azərbaycanın təhsil naziri Hacettepe Universitetində rektor Haluk Özən ilə görüşüb. Azərbaycanda aparılan təhsil islahatları, bu sahəyə aid dövlət proqramlarının nəticələri, Türkiyə ilə əməkdaşlığın mövcud vəziyyəti və s. barədə məlumat verən nazir, həmçinin ölkəmizin nüfuzlu ali məktəblərinin uğurlarından bəhs edib. Prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan nazir "2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələrdən bəhs edərək bildirib ki, kənd təsərrüfatı və tibb sahələri də bu sənəyə daxildir. Görüşdə, həmçinin Azərbaycan Tibb Universiteti ilə Hacettepe Universiteti arasında ikili diplomların verilməsi müzakirə olunub.

Rəhbərlik etdiyi Hacettepe Universitetinin Türkiyənin qocaman ali məktəblərindən olduğunu diqqətə çatdıran rektor Haluk Özən bu təhsil ocağının yüksək texniki imkanları və tədris metodlarından, universitetin qazandığı uğurlardan danışıb. Rektor əminliklə ifadə edib ki, Hacettepe Universiteti Azərbaycan təhsil sistemi ilə bütün istiqamətlərdə əməkdaşlığa hazırdır. Görüşdən sonra Hacettepe Universiteti ilə tanışlıq olub.

Türkiyənin Ali Təhsil Şurasında (YÖK) nazir Ceyhun Bayramov ilə YÖK sədri Yekta Saraç arasında görüş keçirilib. Görüşdə ikili diplomların verilməsi, təhsil sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən tələbə mübadiləsinə dair məsələlər müzakirələr olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video