19 Fevral 2019 21:24
441
İQTİSADİYYAT
A- A+

Gömrük Komitəsi ilə Britaniyanın Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb


Fevralın 19-da Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindənAZƏRTAC-a bildirilib ki, Dövlət Gömrük Komitəsində keçirilən görüşdə komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, sədr müavinləri, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts və bu ölkənin sərhəd xidmətinin əməkdaşları iştirak edib.

S.Mehdiyev iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib və "Hunter” layihəsi çərçivəsində keçirilən görüşün iki ölkənin gömrük orqanları arasındakı əməkdaşlığı daha da gücləndirəcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin gömrük orqanları qarşısında gömrük sahəsindəki müasir beynəlxalq norma və standartların ölkəmizdə tətbiq edilməsi, Azərbaycan gömrüyünün dünyanın qabaqcıl gömrük orqanlarının səviyyəsinə çatdırılmasına dair tapşırıqlar müəyyənləşdirdiyini bildirən komitə sədri "Hunter” layihəsinin də bu sahəyə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

O, layihənin ikitərəfli əmkdaşlığın daha yüksək səviyyəyə çatdırılması, Avropa təcrübəsinin öyrənilməsi baxımından önəm daşıdığını və xüsusən risklərin idarə edilməsilə bağlı Azərbaycan gömrüyünə fayda gətirəcəyini bildirib. Komitə sədri ilin sonunadək layihənin reallaşdırılması, xüsusi proqramın seçilərək əməkdaşların potensialının gücləndirilməsi istiqamətində bütün imkanların səfərbər olunacağını vurğulayıb.

E.Nikolson layihənin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan Gömrük Xidmətinə və Böyük Britaniyanın sərhəd xidmətinə təşəkkürünü bildirib, layihənin gələcək əməkdaşlıq üçün münbit şərait yaratdığını vurğulayıb. O, iki ölkənin bir çox sahələrdə uğurlu əməkdaşlıq etdiyini, gömrük sahəsində də belə əməkdaşlığın qurulmasının sevindirici hal olduğunu diqqətə çatdırıb. Azərbaycanda gömrük sahəsində aparılan islahatlardan, qabaqcıl və müasir təcrübələrin ölkəyə gətirilməsindən, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlardan məmnunluqla bəhs edən Böyük Britaniya hökumətinin nümayəndəsi tətbiq edilən müasir innovativ yeniliklər hesabına Azərbaycan gömrüyünün artıq Avropanın bir sıra gömrük xidmətlərindən irəlidə olduğunu bildirib.

Müasir standartlara uyğun şəkildə qurulan gömrük xidmətinin ölkələrin iqtisadi artımına, beynəlxalq ticarətin inkişafına münbit şərait yaratdığını diqqətə çatdıran E.Nikolson bu mənada Azərbaycanın gömrük sahəsində reallaşdırdığı islahatların ölkənin gələcək inkişafında mühüm rol oynayacağını vurğulayıb. Britaniya hökumətinin nümayəndəsi Azərbaycanda keçirdiyi rəsmi görüşlərdə ölkənin gələcək inkişaf perspektivlərilə bağlı nikbin rəylərin səsləndirildiyini və bu fikri paylaşdığını da diqqətə çatdırıb.

O, "Hunter” layihəsinin qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə, sərhədlərin effektiv idarə edilməsinə və səmərəli gömrük nəzarətinin təşkilinə şərait yaradacağını bildirib.

Daha sonar Gömrük Komitəsi ilə Böyük Britaniyanın Daxili İşlər Departamentinin Dövlət Katibliyi birgə bəyanat imzalayıb. Bəyanatı Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson imzalayıb.

Sənədə əsasən, gömrük əmkdaşlarının potensialının gücləndirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, risklərin idarə olunması sahəsində qabaqcıl təcrübənin bölüşdürülməsi, dövlət sərhədindən keçirilən mallar, səyahətçilər və nəqliyyat vasitələri üzrə sərhəd təhlükəsizliyinin təmin olunmasına dair fikir mübadiləsi aparılması istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub.

Xatırladaq ki, birgə bəyanat Böyük Britaniyanın sərhəd xidməti tərəfindən maliyyələşdirilən "Hunter” layihəsi çərçivəsində imzalanıb. Layihə beynəlxalq daşımalar zamanı gömrük-sərhəd keçmə prosedurlarının sadələşdirilməsi vasitəsilə həm mallar, həm də şəxslər üzrə məlumat analizi və hədəflərə dair beynəlxalq imkanların yaradılmasını nəzərdə tutur. Eyni zamanda, layihənin məqsədləri sırasına effektiv gömrük nəzarətinin genişləndirilməsilə ölkələrin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların qarşısının alınması, həmçinin məlumat analizi bazasının və hədəflənmə imkanlarının inkişaf etdirilməsilə aviadaşıyıcılar və oxşar məlumat toplama sistemləri (dəniz, poçt/sürətli bağlamalar və konteynerlər) tərəfindən təmin olunan Sərnişinlərə dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) məlumatlarının toplanması daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video