19 Fevral 2019 20:49
515
İQTİSADİYYAT
A- A+

İcraçı direktor: TAP layihəsinin 85 faizdən çoxu icra edilib


Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci iclası çərçivəsində Bakıda səfərdə olan TAP-ın icraçı direktoru Luca Schieppati və prezidenti Valter Peeraerlə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə TAP-ın Albaniya, Yunanıstan və İtaliya hissəsində görülən işlər barədə ətraflı məlumat verilib.

L.Schieppati deyib ki, Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP qaz boru kəməri layihəsi üzrə işlərin 85 faizdən çoxu icra olunub. İtaliyada hazırda boru kəmərinin qəbulu terminalı, mikrotunel sahəsi və dənizə çıxış hissəsində işlər davam etdirilir. Onun sözlərinə görə, TAP 2020-ci ildə Azərbaycanı qazını qəbul etməyə hazır olacaq.

Nazir P.Şahbazov TAP layihəsi üzrə irəliləyişləri və İtaliya hökumətinin mövqeyini yüksək qiymətləndirib. Layihənin region ölkələri, o cümlədən İtaliya üçün bir çox aspektlərdən mühüm əhəmiyyət daşıdığını və TAP-ın tikintisinin planlaşdırılan vaxtda yekunlaşacağına əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video