19 Fevral 2019 17:09
430
DÜNYA
A- A+

Aİ Rusiyaya qarşı yeni sanksiyalar razılaşdırdı


Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri ötən ilin noyabrında Kerç boğazında Ukrayna gəmilərinin və dənizçilərinin həbsində əli olan rusiyalılara qarşı sanksiyaların tətbiqini dəstəkləmişlər. Bu barədə "Alman dalğası” radiostansiyası xəbər verir.

Belçikanın paytaxtı Brüsseldə keçirilmiş görüşün yekunlarına görə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini məhdudlaşdırıcı tədbirlərin ünvanlı şəkildə - ayrı-ayrı şəxslərə qarşı tətbiq olunacağına dair "siyasi konsensus”un əldə olunduğunu bildirmişdir.

"Frans Press” agentliyi xəbər verir ki, sanksiyalar Rusiyanın səkkiz vətəndaşının Aİ-dəki hesablarının dondurulmasını nəzərdə tutur. Bundan əlavə, onların Aİ ərazisinə girişi qadağan ediləcək.

Rusiyalıların adları açıqlanmır. Məlumata görə, fevralın 25-dək ekspertlər nazirlərin razılaşdırdığı qərarın detallarını öyrənəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video