19 Fevral 2019 16:41
1377
PARLAMENT
A- A+

“Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçılarının Milli Məclisin bir sıra komitələrinin üzvləri ilə görüşü olub


Fevralın 19-da Azərbaycan Respublikası Milli Məclisi və "ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən "Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsi çərçivəsində tədbir iştirakçılarının Milli Məclisin aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya, gənclər və idman komitələrinin üzvləri ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, gənclər və idman komitəsinin sədri Ülvi Quliyev gənclərin həyata keçirdiyi bütün faydalı təşəbbüsləri dəstəklədiklərini bildirib, onlara fəaliyyətlərində uğurlar diləyiblər.

Sonra komitə sədrləri qanun yaradıcılığı prosesi, o cümlədən qanunların hazırlanması, qəbulu, icra mexanizmləri barədə məlumat veriblər. Deputatlar təmsil etdikləri sahələr üzrə ölkədə aparılan islahatlar və buna dair qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıblar.

Görüşdə Valeh Ələsgərov enerji sektorunun inkişafı, bu sahədə həyata keçirilən layihələr barədə söhbət açıb.

Eldar İbrahimov kənd təsərrüfatında torpaqların səmərəli istifadəsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi haqqında danışıb.

Ülvi Quliyev gənclərdə vətənpərvərlik hissinin formalaşması, onların milli-mənəvi dəyərlərə uyğun yetişməsi üçün ölkədə görülən işlərdən bəhs edib.

Görüşdə iştirak edən "Könüllülər Parlamenti”nin eyniadlı komitələrinin nümayəndələri bir sıra suallarla müraciət ediblər.

Milli Məclisin komitə sədrləri gəncləri maraqlandıran sualları cavablandırıb, onlara faydalı tövsiyələr veriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video