Alternative content

12:16 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət gerbinin istifadəsi qaydalarına dair qanun layihəsi parlamentin iclasında sonuncu oxunuşda qəbul olunub
Dövlət gerbinin istifadəsi qaydalarına dair qanun layihəsi parlamentin iclasında sonuncu oxunuşda qəbul olunub
ANA SƏHİFƏ / PARLAMENT
16:33 19.02.2019

Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

AZƏRTAC xəbər verir ki, 10 maddədən ibarət olan qanun layihəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin Sarayının binasına, dövlət iqamətgahlarının binalarına, Prezidentin iş otağına, Milli Məclisin binasına və iclas salonuna, Milli Məclis sədrinin iş otağına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasına və iclas salonuna, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin iş otağına, Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının binalarına, bütün məhkəmələrin binalarına və məhkəmə iclaslarının salonlarına, Konstitusiya Məhkəməsi sədrinin və Ali Məhkəmənin sədrinin iş otağına, Azərbaycanın diplomatik və ticarət nümayəndəliklərinin, konsulluqlarının binalarına Azərbaycan Respublikasının Dövlət gerbinin qabarıq rəngli təsviri vurulur.

Dövlət gerbinin qabarıq rəngli təsvirinin istehsalı və vurulması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət gerbinin rəngli təsvirindən hüquqi aktların blanklarında, Azərbaycan Respublikasının kağız və metal pul nişanlarında, qiymətli kağızlarında və dövlət istiqraz vərəqələrində, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda, bütün dövlət orqanlarının sənəd blanklarında, möhürlərində və binalarının lövhələrində, Milli Məclisin və müvafiq icra hakimiyyəti orqanının rəsmi nəşrlərində və Azərbaycan Respublikasının sərhəd nişanlarında istifadə olunur. Dövlət gerbinin təsvirindən istifadənin digər halları və Dövlət gerbinin digər yerlərdə yerləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilə bilər. Dövlət gerbinin təsviri olan möhürlərin, sənəd blanklarının və hüquqi aktların blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət gerbinin təsvirinin Azərbaycan Respublikasının kağız və metal pul nişanlarında, qiymətli kağızlarında və dövlət istiqraz vərəqələrində, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda, dövlət orqanlarının binalarının lövhələrində və sərhəd nişanlarında istifadə olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət gerbinə ehtiram bəsləyən hər bir şəxs Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirindən bu qanunun tələblərinə uyğun istifadə edə bilər.

Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı, Dövlət gerbinin öyrənilməsinə həsr edilir.

Dövlət gerbinin oturulan və ayaq basılan yerlərdə təsvir edilməsi qadağandır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM