Alternative content

03:23 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:10 14.10.2012

 

Qarabağ müharibəsi veteranıyam. Müharibə veteranı kimi mənə ödənilməli olan müavinətin verilməsindən imtina edilir. İmtinanı onunla əsaslandırırlar ki, mən dövlət qulluqçusu kimi pensiyaya çıxmışam. Bu, qanunidirmi?

 

Əkbər RÜSTƏMOV,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Prezidentinin "Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 8 sentyabr 2010-cu il tarixli, 324 nömrəli fərmanının 1.1.5-ci bəndinə əsasən, əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 30 manat (bu məbləğ 2011-ci il dekabrın 1-dən 10 faiz artırılmışdır) aylıq müavinət ödənilir.

Göründüyü kimi, sözügedən aylıq müavinəti almaq üçün 2 şərtin mövcudluğu tələb olunur: 1) müharibə veteranı olmaq; 2) əmək pensiyası almaq hüququna malik olmamaq. Odur ki,  əmək pensiyası aldığınıza görə sizə aylıq müavinət ödənilə bilməz.  

 

Atam Böyük Vətən müharibəsi iştirakçısı olduğuna görə hər il 9 May - Qələbə Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən birdəfəlik maddi yardım alırdı. Atam vəfat edəndən sonra ona düşən yardımı anama vermirlər. Bu, düzgündürmü?

 

Cavanşir MUSAYEV,

Qazax şəhəri

 

- 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən müxtəlif tarixlərdə sərəncamlar (249 nömrəli 27 aprel 2009-cu il tarixli, 869 nömrəli 22 aprel 2010-cu il tarixli, 1481 nömrəli  3 may 2011-ci il tarixli  və s.) verilmişdir. Həmin sərəncamların məzmunundan aydın olur ki, birdəfəlik maddi yardım 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına sağlıqlarında ödənilməlidir. Böyük Vətən müharibəsi iştirakçılarına ödənilməli olan birdəfəlik maddi yardımın onun ailə üzvlərinə, o cümlədən arvadına verilməsi nəzərdə tutulmamışdır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM