19 Fevral 2019 13:10
621
DÜNYA
A- A+

Nyu Yorkda Trampa qarşı etiraz aksiyası


Nyu Yorkda Prezident Donald Trampın Meksika ilə sərhəddə vəziyyətlə əlaqədar ABŞ-da fövqəladə vəziyyət (FV) rejimi elan etmək qərarına etiraz aksiyası keçirilmişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Şəhərin Yunion-skver meydanında toplaşmış yüzlərlə nümayişçi Trampın siyasətinə etirazlarını bildirmişlər. Onlar "Qaçqınları və miqrantları dəstəkləyirik!”, "FV Ağ evin xeyrinədir!”, "Trampın saxta böhranına qarşı çıxırıq!” şüarları yazılmış plakatlar qaldırmışlar.

Etirazçılar həm də Trampın istefasını tələb etmişlər.

Nümayiş iştirakçılarından biri demişdir ki "biz ölkədə islamofobiya və ksenofobiyaya qarşı çıxırıq”.

Bu arada ABŞ-ın 16 ştatının hökumətləri San-Fransisko dairə məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sənəddə cavabdeh kimi Ağ ev administrasiyası və ölkə Prezidenti Donald Tramp göstərilmişdir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video