19 Fevral 2019 13:07
1115
PARLAMENT
A- A+

Milli Məclisin növbəti plenar iclası keçirilir


Milli Məclisin növbəti plenar iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Bildirib ki, iclasın gündəliyinə 27 məsələ daxildir.

İclasda Milli Məclisin gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında müzakirələr aparılacaq.

Deputatlar "Kitabxana işi haqqında”, "Dövlət rüsumu haqqında”, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, "Patent haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunlarda, Əmək və Cəzaların İcrası məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxacaqlar. Bundan başqa, "Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və "Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirə olunacaq.

İclasda "Əmanətlərin tam sığortalanması haqqında”, "Əmək pensiyaları haqqında”, "Üzümçülük və şərabçılıq haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” və "Reklam haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri də nəzərdən keçiriləcək.

Deputatlar, həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində, "Vəkillər və vəkillik fəaliyyəti haqqında”, "Reklam haqqında”, "Gənclər siyasəti haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinə ikinci oxunuşda baxacaqlar. Bundan əlavə "Ümumi təhsil haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Eyni zamanda, iclasda "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "Telekommunikasiya haqqında” qanunlarda, Mülki Prosessual Məcəlləsində və "İpoteka haqqında” Qanunda, İnzibati Xətalar və Cinayət məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video