19 Fevral 2019 01:20
828
İQTİSADİYYAT
A- A+

Sosial məsələlərin həlli gündəmdən düşmür


Azərbaycan dövlətinin iqtisadi sahələrdə həyata keçirdiyi islahatlar əlavə maliyyə resursları əldə etməyə imkan verir. Gəlirlər ilk növbədə vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəldilir. Bu da bir daha göstərir ki, güclü sosial siyasət yenə də ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalır.

Prezident İlham Əliyev demişdir: "Bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır”.

İmzalanan sərəncamlar, həyata keçirilən çoxsaylı tədbirlər, görülən əməli işlər də bunu göstərir. Elə bu yaxınlarda minimum əməkhaqqı artırıldı, 130 manatdan 180 manata çatdırıldı. Bu isə o deməkdir ki, dövlət sektorunda 450 min, özəl sektorda isə 150 min işçi əvvəlkindən 30 faiz çox əməkhaqqı alacaq.

Bu sərəncamın ardınca əhalinin müxtəlif təbəqələrini əhatə edən bir sıra digər sənədlər də imzalandı. Məsələn, "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”, "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdün verilməsi haqqında” və digər sərəncamlar verilib.

Dövlət başçısının "Azərbaycan Respublikasında ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi ilə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrin təqaüdləri 185 manatdan 210 manata qaldırılacaq.

Prezidentin təşəbbüsü ilə minimum əmək pensiyasının artırılması üçün hazırlanan qanun layihəsi də göstərir ki, dövlət əhalinin bütün təbəqələrindən olan insanların güzəranının yaxşılaşdırılmasına çalışır. Belə ki, əmək pensiyasının minimum məbləği martın 1-dən 38,5 faiz artırılaraq 116 manata çatdırılacaq. Bir sıra kateqoriyalara daxil olan pensiyaçılar isə əvvəlki 80 manat əvəzinə indi 160 manat alacaqlar.

Ölkədə sosial məsələlərə diqqət ardıcıl xarakter daşıyır. Son 15 ildə əməkhaqqı 7 dəfə, pensiyalar 9 dəfə artıb. 3 min 200-dən çox məktəb əsaslı təmir edilib, yaxud yenidən tikilib. 640 tibb müəssisəsi inşa edilib və yenidən qurulub.

Yaradılan 2 milyon yeni iş yerinin böyük hissəsi bölgələrin payına düşüb. Bu da regionların sosial-iqtisadi inkişafına yönəldilən və müvəffəqiyyətlə başa çatan üç dövlət proqramının sayəsində mümkün olub. Belə ki, rayonlarda onlarca müəssisə işə düşüb, yeni istehsalat sahələri yaradılıb. Vacib, lakin unudulmuş kənd təsərrüfatı sahələri bərpa edilib. Pambıq tarlaları, üzüm bağları, çay və gül plantasiyaları yenidən canlanıb. Çəltikçilik, tütünçülük, baramaçılıq və s. dirçəldilib. Nəticədə kənd əhalisinin güzəranı xeyli yaxşılaşıb.

Bütün bunlar adi faktlar deyil. Çünki deyilənlər Azərbaycanda miqrasiyanın saldosuna da müsbət təsir göstərib. Təsadüfi deyil ki, vaxtilə dolanışıq ucbatından digər ölkələrə üz tutmuş bölgə sakinlərinin çoxu artıq ev-eşiyinə qayıdıb və güzəranından razıdır.

Dövlət Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş məcburi köçkünləri, şəhid ailələrini, müharibə əlillərini də bir an belə unutmur. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev demişdir: "Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzində olmuşdur ki, bu gün də belədir. Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, köçkünlərə təqdim edilib. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilmişdir və bu proses davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşlar evlərlə təmin olunacaqlar. Yəni, Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir”.

Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi prosesi də davam edir.

Sosial siyasətin davamlılığı göstərir ki, xalqın rifahının yüksəldilməsi bundan sonra da daim gündəlikdə olacaq.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video