18 Fevral 2019 17:49
1393
Qəbullar
A- A+

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Böyük Britaniyaya səfərini və Baş nazir xanım Tereza Meylə görüşünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev Baronessa Emma Nikolsonun Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafındakı rolunu və verdiyi töhfələri yüksək qiymətləndirdi.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmi vurğulandı, Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu.

Söhbət zamanı ölkələrimiz arasında səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı.

Dövlətimizin başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video