18 Fevral 2019 17:29
478
DÜNYA
A- A+

Silahlı münaqişə zonalarında hər il 100 min uşaq öldürülür


"Uşaqları qoru” beynəlxalq humanitar təşkilatının fevralın 18-də yaydığı hesabatda bildirilir ki, son beş ildə qlobal silahlı münaqişələr nəticəsində 500 min uşaq öldürülüb. Bu, münaqişə zonalarında hər ili 100 min, gündəlik isə 300 azyaşlının həlak olması deməkdir.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, hesabatda uşaq ölümü hallarının ən çox rast gəlindiyi ölkələrin Əfqanıstan, Yəmən, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Suriya, İraq, Mali, Nigeriya və Somali olduğu bildirilir. Qeyd olunur ki, məhz bu ölkələr 2017-2018-ci illərdə ən qızğın münaqişə ocaqları olub.

Hesabat müəllifləri diqqətə çatdırıblar ki, həyatını itirən azyaşlılar təkcə birbaşa silahlı atışmalar nəticəsində ölənlər deyil. Onların bir çoxu silahlı münaqişə zonalarında hökm sürən aclıq, xəstəliklər, xəstəxanaların çatışmaması nəticəsində ölürlər. Sənəddə deyilir: "Ölən uşaqların sayı son beş ildə 870 min nəfər artıb və onların beşdəbiri beş yaşına çatmayanlardır. Silahlı münaqişələrin şiddətlənməsi və əhatə dairəsinin genişlənməsi, həmçinin uşaqların hüquqlarının pozulması halları da ölümlərin artmasına təsir edir”.

Təşkilatın hesabatında qeyd olunur ki, uşaqlardan başqa, son beş ildə münaqişə zonalarında 175 min nəfər döyüşçü də həlak olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video