18 Fevral 2019 14:40
356
SİYASƏT
A- A+

Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılışı olub


Fevralın 18-də Milli Məclisin və "ASAN Könüllüləri” təşkilatının birgə əməkdaşlığı ilə "Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentdə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra Milli Məclis aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov çıxış edərək deyib ki, 2012-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış "ASAN xidmət” artıq beynəlxalq hüquqi reallığa çevrilib.

Bir çox ölkələr Azərbaycan brendi olan "ASAN xidmət”in təcrübəsindən yararlanmaq istəyir. Çox qısa müddətdə milyonlarla insan "ASAN xidmət”ə müraciət edib. Təkcə Azərbaycan Respublikası vətəndaşları deyil, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu xidmətlərdən yararlanırlar.

Bildirilib ki, "Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları parlamentin fəaliyyəti ilə yaxından tanış olacaqlar və gənclərin gələcək fəaliyyəti üçün bu təcrübə böyük rol oynayacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli deyib ki, 15 nəfərlə başlayan "ASAN Könüllüləri” bu gün artıq 17 mindən çox gənci əhatə edir və "ASAN Könüllüləri” hərəkatına çevrilib. Hərəkat çərçivəsində yüzlərlə layihə həyata keçirilib. Həmin layihələr "ASAN Könüllüləri”nə daxil olmayan gəncləri də əhatə edib və təxminən 50 min gənci əhatə edən tədbirlər həyata keçirilib.

Qeyd edilib ki, "Könüllülər Parlamenti” layihəsi artıq üçüncü dəfədir həyata keçirilir. Bu layihə ilə gənclərin siyasi, qanunvericilik proseslərində iştirakı təmin olunur. Layihədə 1300-ə yaxın gənc iştirakçı olmaq istəyib. Onlardan 50-si iştirakçı seçilib. Dörd gün davam edəcək layihə çərçivəsində gənclər qanunvericilik prosesini öyrənəcək, özləri qanun layihələri hazırlayıb komitələrin müzakirəsində iştirak edəcək, deputatlarla görüşəcək, parlamentdə Heydər Əliyev muzeyini ziyarət edəcəklər.

Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin sektor müdiri Fuad Babayev deyib ki, 2012-ci ildən fəaliyyət göstərən "ASAN xidmət” dünyada Azərbaycan brendi kimi tanınır. Qeyd edib ki, "ASAN xidmət” dünyada Azərbaycanla bağlı gözəl imic formalaşdırıb, o cümlədən daxildə vətəndaşlar üçün böyük imkanlar açıb, vətəndaş-dövlət münasibətlərini tamamilə fərqli bir mərhələyə çıxarıb.

Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov bildirib ki, "ASAN Könüllüləri” təşkilatı hazırda ölkədə fəaliyyət göstərən ən fəal gənclər hərəkatlarından biridir. "ASAN Könüllüləri” Gənclər Fondu ilə birgə bir çox layihələr həyata keçirir. Prezident İlham Əliyev gənclərimizin savadlı, dünyagörüşlü, sağlam, vətənpərvər və müasir çağırışlara hazır olmalarına böyük önəm verir. Azərbaycan dövlətinin gənclər siyasəti də məhz belə gənclərin yetişdirilməsinə istiqamətlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video