17 Fevral 2019 22:05
626
İDMAN
A- A+

“Qarabağ” komandası “Qəbələ”ni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb


Fevralın 17-də futbol üzrə Topaz Premyer Liqasının XVII turuna "Qarabağ” – "Qəbələ” oyunu ilə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 4-cü dəqiqəsində Riçard Almeyda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb – 1:0. Lakin 28-ci dəqiqədə "Qəbələ” klubu hesabı bərabərləşdirib. "Qəbələ”nin kapitanı Cavid Hüseynov "Qarabağ” komandasının qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini qolla tamamlayıb – 1:1. Lakin əyalət təmsilçisinin sevinci çox çəkməyib. İki dəqiqə sonra Filip Ozobiç baxımlı qolla ağdamlıları yenidən hesabda irəli çıxarıb – 2:1.

Bu qələbə sayəsində xallarının sayını 37-ə çatdıran "Qarabağ” turnir cədvəlinin lideri "Neftçi” ilə xal fərqini birə endirib. "Qəbələ” isə 23 xalla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, günün digər matçında "Səbail” komandası "Sabah”ı məğlub edib – 1:0. Fevralın 16-da keçirilmiş oyunlarda "Keşlə” komandası "Sumqayıt” kollektivinə 2:1 hesabı ilə qalib gəlib. Lider "Neftçi” isə "Zirə” ilə qolsuz heç-heçə edərək xal itirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video