17 Fevral 2019 21:57
791
İDMAN
A- A+

Topaz Premyer Liqası: “Səbail” klubu “Sabah”ı minimal hesabla məğlub edib


Fevralın 17-də Azərbaycan Premyer Liqasının XVII turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun üçüncü qarşılaşmasında "Səbail" doğma azarkeşlər önündə debütant "Sabah"ı qəbul edib. "Bayıl Arena"da keçirilən görüşdə "Səbail” minimal hesabla qalib gəlib - 1:0. Oyunda yeganə qolu 63-cü dəqiqədə Ağabala Ramazanov vurub. Bu qələbədən sonra xallarının sayını 25-ə çatdıran meydan sahibləri üçüncü pillədəki mövqelərini möhkəmlədiblər. "Sabah” isə 20 xalla beşinci yerdə qərarlaşıb.

Qeyd edək ki, tura saat 17:30-da başlayacaq "Qarabağ” – "Qəbələ” oyunu ilə yekun vurulacaq. Hazırda aktivində 34 xal olan Ağdam təmsilçisi qalib gələcəyi təqdirdə "Neftçi” ilə xal fərqini birə endirəcək.

Xatırladaq ki, "Neftçi” fevralın 16-da "Zirə” ilə görüşdə (0:0) xal itirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video