Alternative content

19:44 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heyvanlardan insanlara orqan nəqlinin həyata keçirilməsinə dair tədqiqatlar aparılır
Heyvanlardan insanlara orqan nəqlinin həyata keçirilməsinə dair tədqiqatlar aparılır
ANA SƏHİFƏ / Səhiyyə
14:30 17.02.2019

Heyvanlardan insanlara orqan nəqlinin həyata keçirilməsi üzrə tədqiqatlar aparılır. Bu məqsədlə genetikası dəyişdirilmiş donuzlar ən ideal seçimdir. Çünki onların orqanları insan orqanlarına çox bənzəyir. Daha əvvəl donuzun qara ciyərinin köçürülməsi həyata keçirilib, lakin müsbət nəticə əldə edilməyib. Bu istiqamətdə tədqiqatlarımız davam edir. Növbəti beş ildə donuzdan insana qara ciyər köçürülməsinə nail olmağa çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Malatya İnönü Universitetinin Qara ciyər Nəqli İnstitutunun rəhbəri, professor Sezai Yılmaz kütləvi informasiya vasitələrinə açıqlamasında deyib.

Professor, həmçinin bildirib ki, hazırda dünyada tibb sahəsində ən önəmli problemlərdən biri orqan transplantasiyasıdır: "Dünyada orqan transplantasiyasına ehtiyacı olan xəstələrin sayı çox olsa da, orqan çatışmazlığı var. Bəzən sağlam insanlar öz yaxınlarının həyatını qurtarmaq üçün donor olurlar. Lakin sağlam insanların öz orqanlarını bağışlamasının tərəfdarı deyiləm. Bundan başqa, beyin ölümü keçirmiş və vəfat etmiş insanların orqanları da xəstələrə köçürülür. Beyin ölümü keçirən insan bioloji və tibbi olaraq ölmüş insanlardır. Onların ağ ciyərləri və ürəyi cihazların köməyi ilə iki-üç gün fəaliyyətdə olur. Həmin zaman onların orqanlarını ehtiyacı olanlara nəql etmək üçün ən uyğun vaxtdır. Beyin ölümü keçirmiş şəxsin orqanları başqa xəstələrə köçürüləndə çox yaxşı fəaliyyət göstərir. Bəzən də ürəyi və ağ ciyəri işləməyən, yəni tamamilə ölən insanların da orqanları alına bilər. Lakin bu zaman həmin orqanların fəaliyyəti tam ürəkaçan olmur. Türkiyədə də orqan çatışmazlığı var. Yəni insanlar ölən yaxınlarının orqanlarını çox az halda bağışlayırlar. Hazırda həkimlər sağlam insanların öz yaxınlarına donor olması ilə problemi həll etməyə çalışırlar. Lakin əsas məqsəd sağlam insanlardan orqan nəqlini azaltmaqdır. Buna görə də araşdırmalar davam edir”.

"Türkiyə sağlam insandan qara ciyər nəqlində dünyada ilk sıralarda yer alıb. Qara ciyər Nəqli İnstitutu da nəinki Türkiyədə, hətta Avropada ən çox qara ciyər nəql edən mərkəzdir. İndiyədək institutda 2500 qara ciyər köçürülməsi həyata keçirilib. İl ərzində 250-300 arası qara ciyər nəqli reallaşır. Keçənilki rəqəm isə 272-yə bərabər olub”, - deyə professor bildirib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM