Avropada ilk “Azərbaycan Ticarət Evi”
İki il öncə Belarusda fəaliyyətə başlayan mərkəzdə Azərbaycan şirkətlərinin istehsal etdiyi 20-dən çox çeşiddə məhsul "Made in Azerbaijan” brendi ilə nümayiş olunur
Azərbaycan məhsullarının ixracının genişləndirilməsi və "Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılması məqsədilə ticarət evlərinin açılması əhəmiyyətli tədbirlərdəndir. Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə xarici ölkələrdə bu gün 7 "Azərbaycan Ticarət Evi” fəaliyyətdədir. Onlardan ilki 2017-ci ilin may ayında Belarusda açılıb.
Azərbaycan-Belarus iqtisadi münasibətləri yeni mərhələdə
İki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol 11 iyun 1993-cü ildə imzalanıb. 2006-cı ilin fevral ayında isə Belarusun Azərbaycanda, həmin ilin avqust ayında Azərbaycanın Belarusda səfirlikləri açılıb.
Bu il uğurlu diplomatik münasibətlərin 26 ili tamam olan Belarus-Azərbaycan əlaqələri artıq yeni inkişaf mərhələsindədir. Son illərdə fəal qarşılıqlı əlaqələr iki ölkəni bir-birinə o dərəcədə yaxınlaşdırıb ki, nəinki regionda, həm də dünyada Belarus və Azərbaycanı dost ölkələr hesab edirlər. İndiyədək iki ölkə arasında 118 mühüm tərəfdaşlıq sənədləri imzalanıb.
"Made in Azerbaijan” brendi ilə məhsullarımızın nümayiş oldunduğu bu ticarət evi artıq iki ilə yaxındır ki, fəaliyyətdədir. Ticarət evinin açılışı ilə bağlı danışıqlar 2016-cı ildə aparılıb. Belə ki, həmin ilin noyabr ayında Azərbaycana səfər edən Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Prezident İlham Əliyev arasında aparılan danışıqlar zamanı Belarusda "Azərbaycan Ticarət Evi”nin yaradılması məsələsi də müzakirə mövzusu olub. Prezidentlərin apardığı danışıqlardan sonra qısa müddət ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, Azərbaycanın idxalında Belarus məhsullarının payının çoxaldılması, bu ölkədə istehsal edilməyən kənd təsərrüfatı və emal sənayesi məhsullarının Azərbaycandan idxal olunması barədə tapşırıqlar verildi. Bu görüşdən cəmi 6 ay sonra isə həmin tapşırıqların icrası olaraq, Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən Belarusun paytaxtı Minsk şəhərində ümumi sahəsi 529 kvadratmetr olan "Azərbaycan Ticarət Evi” yaradıldı.
İlk "Azərbaycan Ticarət Evi”nin açılışı
2017-ci il may ayının 27-də Belarusda hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, o cümlədən Azərbaycan-Belarus Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin, həmçinin iş adamlarının iştirakı ilə "Azərbaycan Ticarət Evi”nin açılışı oldu.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçılarının iki ölkələ arasında siyasi-iqtisadi əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini vurğulayaraq, Azərbaycan-Belarus əməkdaşlığının qarşılıqlı dostluq prinsipləri üzərində qurulduğunu, uğurla inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsində olduğunu diqqətə çatdırdı. Şahin Mustafayev Minskin gözəl guşələrindən birində "Azərbaycan Ticarət Evi”nin açılmasının iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə töhfə verəcəyini vurğuladı.
Heç bir vasitəçi olmadan Belarusa birbaşa ixrac
Bu gün ticarət evi "Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərir, satışı təşkil edir, bu sahədə əlaqələndirməni həyata keçirir. Ticarət evində daimi fəaliyyət göstərən sərgidə Azərbaycanın 30 şirkətinin istehsal etdiyi (şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s.) müxtəlif növ məhsullar nümayiş olunur. Burada, həmçinin "ASAN” və "ABAD” stendləri də ziyarətçilərə təqdim edilir.
Bu ticarət evinin açılması həm də Azərbaycan məhsullarının heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl imkan yaradıb.
Ötən il noyabrın 19-da Belarusda rəsmi səfərdə olan Prezident İlham Əliyev Minskdə "Azərbaycan Ticarət Evi” ilə də tanış oldu.
Bu məsələyə prezidentlərin geniş tərkibli görüşündə və mətbuata bəyanatlarla çıxışlarında da toxunuldu. İlham Əliyev qeyd etdi ki, şəhərin mərkəzində Azərbaycanın yaraşıqlı guşəsi yaradılıb və orada nailiyyətlərimiz Belarus vətəndaşlarına nümayiş etdiriləcək: "Bizim məhsullarımız artıq Belarus bazarına çıxıb və onlara yaxşı tələbat var. Biz bu baxımdan belaruslulardan geri qalmışıq. Artıq Bakıda yüksək keyfiyyətli və bizim vətəndaşlar arasında çox məşhur olan Belarus məhsullarını satan yeddi ticarət müəssisəsi mövcuddur. Biz məhsullarımızı Belarus bazarına çıxarmaq niyyətindəyik. Düşünürəm ki, bu, həm bizim ikitərəfli ticari-iqtisadi əlaqələrimizi möhkəmləndirəcək, həm də bir-birimizin imkanlarını daha çox nümayiş etdirəcək”.
Belarusda məhsullarımıza böyük tələbat var
Belarus Prezidenti Aleksandr Lukaşenko isə öz növbəsində bldirdi ki, beynəlxalq ticarət ikitərəfli ticarətdir. Buna görə də Belarus bazarında Azərbaycan mallarının artırılmasına maraq var. Ona görə də gələcəkdə bu şəbəkəni inkişaf etdirərək vilayət mərkəzlərinə keçmək nəzərdə tutulur: "Tanrının izni ilə, bu mağazalar və bu ticarət evləri sizin məhsullarla dolu olacaq. Həmin məhsulları təkcə belaruslar almır. Ukrayna hadisələri ilə əlaqədar bütün axınlar Belarusdan keçir, Azərbaycan məhsullarına çox böyük tələbat var. Xüsusən ona görə ki, azərbaycanlılar ticarəti bacaran ən yaxşı adamlardır, mən bunu həmişə etiraf etmişəm. Bunu necə etməyi biz sizdən öyrənməliyik. Bununla əlaqədar keçən il Minskdə ticarət evi açılmasını alqışlayıram. Biz bu layihəyə maksimum dəstək veririk, əmtəə dövriyyəsinin tarazlaşdırılmış artımı istiqamətləri üzrə təklifləri bundan sonra da dəstəkləmək niyyətindəyik”.
Aleksandr Lukaşenko onu da əlavə etdi ki, Belarus Azərbaycan investisiyalarına və yüksək səviyyəli məhsullarına maraq göstərir. Hazırda Azərbaycan məhsulları "Azərbaycan Ticarət Evi”ndə geniş təqdim edilir. Onların Belarus alıcılarında maraq oyatmasına görə Azərbaycan Prezidenti bu şəbəkənin vilayət mərkəzlərinə genişləndirilməsi haqqında qərar qəbul edib.
Ticarət evinin məqsədi və xidməti
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə artıq 7 ölkədə "Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Bu il daha bir neçə olkədə yeni ticarət evlərinin açılması gözlənilir.
Xarici ölkələrdə açılan ticarət evlərinin məqsədi və xidmətinə gəlincə isə onu deyə bilərik ki, bu mərkəzlər istehsal olunan məhsulun heç bir vasitəçi olmadan ixracına imkan yaradır, ölkələr arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə stimul verir və xarici iş adamlarını Azərbaycan məhsulları ilə yaxından tanış etməklə ölkəmizə investisiyaların cəlb olunmasına şərait yaradır.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!