Dövlət dəstəyi inkişafa stimul verir
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsi Tərtər rayonunun simasını da köklü şəkildə dəyişdirmişdir. Başqa sözlə, dövlətin daimi qayğısı sayəsində infrastruktur layihələri uğurla icra olunmuş, əhalinin həyat səviyyəsi yüksəlmişdir.
2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaqda davamlı qayğı və diqqətə görə ölkə rəhbərinə minnətdarlıq dönə-dönə vurğulanmışdır. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hesabat məruzəsində keçən ilin uğurlu yekunlarından ətraflı danışmış, yeni ildə qarşıda duran vəzifələrdən ətraflı söz açmışdır.
Qeyd olunmuşdur ki, Tərtər şəhəri inşaat meydanını xatırladır. Daş üstə qoyulan hər daş, ucalan hər bina, əkilən hər yaşıl ting rayonun hüsnünə yeni naxış vurur. Rayon mərkəzində 100 yerlik körpələr evi-uşaq bağçası, Ağkənd kəndində kitabxana binası tikilib istifadəyə verilmişdir. Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər quraşdırılmışdır. Şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məkətblərinin binaları əsaslı təmir olunmuşdur. Uzunluğu 21,5 kilometr olan Buruc-Güləbətli-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolu yenidən qurulmuş, 14 kənddə yerli əhəmiyyətli avtomobil yollarında təmir-bərpa işləri aparılmışdır. Mamırlı, Poladlı, Evoğlu və Təzəkənd kəndlərində içməli su təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılmışdır. "Azərxalça” ASC-nin Tərtər filialının tikintisi başa çatdırılmışdır. Hazırda olimpiya idman kompleksinin, Bayraq muzeyinin, rayon icra hakimiyyətinin yeni inzibati binasının tikintisi, Kovdadıq kəndində 20 şagirdlik ibtidai və Zolgörən kəndində 56 şagirdlik ümumi orta məktəblər üçün modul tipli məktəblərin quraşdırılması sürətlə davam etdirilir.
Ötən ilin iqtisadi uğurlarından danışılarkən qeyd edilmişdir ki, ümumi məhsul buraxılışının həcmi 174,6 milyon manat olmuşdur. Bunun 14,7 milyon manatı sənayenin, 64,4 milyon manatı isə kənd təsərrüfatı məhsullarının payına düşür. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 38,2 milyon manat investisiya yönəldilmişdir. Bütövlükdə keçən ildə 563-ü daimi olmaqla 4380 yeni iş yeri açılmışdır.
Rayonda sahibkarlar üçün əlverişli şərait yaradılması məqsədilə zəruri tədbirlər görülmüşdür. Sahibkarlara dövlət dəstəyi gücləndirilir, onlara verilən güzəştli kreditlərin həcmi ildən-ilə artırılır. Bu da bol və keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına əhəmiyyətli təsir göstərir. Hesabat ilində 16 nəfər sahibkara 397 min manat güzəştli kredit verilmişdir. Təqdirəlayiq haldır ki, sahibkarlar rayon iqtisadiyyatına həvəslə sərmayə yatırırlar. Keçən il rayon iqtisadiyyatına qoyulan investisiyaların həcmi 3 milyon manata yaxın olmuşdur. Xoruzlu kəndində "Aqropat” MMC tərəfindən salınmış intensiv bağçılıq təsərrüfatında nübar məhsul gözlənilir. "Azaqrokənd” MMC-nin Soyulan kəndində yaratdığı istixana kompleksi rayon əhalisinin il boyu faraş tərəvəzə olan tələbatını ödəməyə imkan yaradacaq.
Dəfələrlə bu cəbhə bölgəsinə səfər edən Prezident İlham Əliyev rayonda aparılan abadlıq-quruculuq təsərrüfat işlərinin təşkilindən həmişə razı qalır, bu bölgənin inkişaf dinamikasını sürətləndirmək üçün qayğı və diqqətini əsirgəmir. Prezident səfərlərinin birində demişdir: "Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük”.
Yığıncaqda Regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramının uğurla icra edildiyi vurğulanmış, Tərtər rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd olunmuşdur. 2014-2018-ci illərdə Tərtərdə 12 məktəb, 3 körpələr evi-uşaq bağçası, 9 inzibati bina, bir tibb məntəqəsi tikilmiş və ya əsaslı təmir edilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli bina 14 nəfərə fərdi yaşayış evi, uşaq gənclər şahmat məktəbi, tarix-diyarşunaslıq muzeyi, 1176 məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli binalar tikilmişdir. Rayon ərazisində 2 ədəd strateji əhəmiyyətli körpü istifadəyə verilmişdir. Tərtər şəhərinin içməli su və kanalizasiya sistemi qurulmuş, 15 kənd su ilə təchiz olunmuşdur. 112 ictimai yaşayış binasının dam örtükləri, fasad və giriş hissələri əsaslı təmir olunmuş, 4 küçədə abad məhəllə yaradılmış, 2 minifutbol meydançası inşa edilmişdir. Rayon icra hakimiyyəti binasının qarşısındakı mərkəzi meydan və Heydər Əliyev parkı yenidən qurulmuşdur. Bütövlükdə şəhərin 36 küçə və meydanında təmir-abadlıq işləri aparılmışdır. Təmas xəttində yerləşən 5 kənddə gecə işıqlandırılması sistemi quraşdırılmışdır. 2016-cı ilin aprel hadisələri zamanı 17 yaşayış məntəqəsində 256 fərdi yaşayış evinə dəymiş ziyan aradan qaldırılmışdır. Rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə-Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun meşə zolaqlarında 36 mindən çox müxtəlif növ ağac, 6 min gül kolu və 650 min ədəd həmişəyaşıl kol əkilmişdir.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov və Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafdan, qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən danışmışlar.
Sonda 2018-ci ildə kənd təsərrüfatı sahəsində fərqlənən bir qrup sahibkara rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Lazım QULİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!