17 Fevral 2019 00:50
622
İQTİSADİYYAT
A- A+

İsmayıllıda kooperativ yaradılıb


İsmayıllı rayonunun Külüllü kəndi ərazisində "Külüllü kənd təsərrüfatı məhsullarının istehsalı” kooperativi yaradılıb. Kooperativdə 29 nəfər torpaq mülkiyyətçisi ilkin mərhələdə 140 hektardan artıq pay torpaq sahələrini, texnika və digər istehsal vasitələrini cəmləyərək birgə təsərrüfat forması yaradıblar.

Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkin torpaqlarının da əkilib-becərilməsi barədə kooperativ üzvləri qarşılıqlı razılıq əldə ediblər.

Əvvəllər pərakəndə halda istifadə olunan torpaqların birləşdirilərək əkilib-becərilməsinin üstünlüklərini kooperativ üzvləri yaxşı başa düşür və belə təsərrüfatçılıq formasının yüksək nəticələr əldə edəcəyinə inanırlar. Həmçinin onlar bu kooperativin ölkənin ərzaq təhlükəsizliyinə yüksək töhfələr verəcəyinə şübhə etmirlər.

Kooperativ bütün prosedurlardan keçirilib və hüquqi status alıb. Yekun olaraq rayonda yaradılan bu müəssisə kooperasiya formasında çalışmaq istəyən hər bir torpaq payçısı üçün açıqdır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video