17 Fevral 2019 00:45
861
İDMAN
A- A+

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub


Fevralın 16-da Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku turnirinin açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında (MGA) keçirilən açılış mərasimində əvvəlcə iştirakçı ölkələrin - Azərbaycan, Avstraliya, Almaniya, ABŞ, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Əlcəzair, Kanada, Çin, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, İspaniya, İsveç, İsveçrə, Yaponiya, Qazaxıstan, Meksika, Yeni Zelandiya, Polşa, Portuqaliya, Rusiya, Türkiyə, Ukrayna və Özbəkistanın dövlət bayraqları arenaya gətirilib.

Açılış mərasimində çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə daha bir idman bayramının start götürdüyünü vurğulayaraq dünyanın ən güclü gimnastlarının Bakıda toplaşdıqlarını bildirib. Azərbaycanın idmanın bütün növləri üzrə mötəbər yarışları ən yüksək səviyyədə keçirməyə qadir olduğunu qeyd edən nazir müavini bu baxımdan I Avropa, IV İslam Həmrəyliyi oyunlarını, "Formula-1” yarışlarını və digər mühüm turnirləri diqqətə çatdırıb. O, bu il də Azərbaycanda mühüm yarışların keçiriləcəyini bildirib. İ.İsmayılov batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku turnirinin ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu və atletlərin, eləcə də azarkeşlərin əsl idman bayramının şahidi olacaqlarına əminliyini ifadə edib.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və yarışlar açıq elan edilib.

Dünya Kuboku yarışlarında 30 ölkədən 160-dan çox gimnast mübarizə aparır. Yarışlar 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.

Mötəbər turnirdə Azərbaycanı beş idmançı təmsil edir. Qadınlar arasında batut yarışlarında fərdi proqramda sonuncu Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparırlar.

İki gün davam edəcək yarışların birinci günündə təsnifat mərhələləri, ikinci günündə isə saat 12:00-dan etibarən final mərhələləri keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video