Alternative content

09:55 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cavad Heyət ənənələrinin davamçısı
Cavad Heyət ənənələrinin davamçısı
ANA SƏHİFƏ / Səhiyyə
00:38 17.02.2019


Təbriz qədimdən şairləri, xəttatları, memarları, tarixi şəxsiyyətləri, el qəhrəmanları ilə yanaşı, təbibləri, loğmanları ilə də məşhurdur. Bu məşhurluq Təbrizlə Bakının, Şirvanın, Gəncənin, Naxçıvanın, bir sözlə o taylı-bu taylı Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, tarixinə, memarlığına, insanların sağlamlığına və həyat tərzinin yüksəlməsinə yeni çalarlar qatır.

Milli-mənəvi dəyərlərə sadiqliyi ilə fərqlənən xalqımız bütün bunları Azərbaycan 1991-ci ildə öz tarixi müstəqilliyinə qovuşduqdan sonra daha yaxından gördü və hiss etdi. Adi bir nümunə: Yaxşı tanıdığım, dünyaca məşhur cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyəti İdarə Heyətinin üzvü, professor Cavad Heyət hələ sovetlər dönəmində Azərbaycana gələr, ona müraciət edən insanların şəfa tapmasına təmənnasız yardımçı olardı. Əvvəlcədən qəzetlərdə elan verməklə xüsusi qəbul günləri və vaxt təyin edərdi ki, insanlar heç nədən əziyyət çəkmədən onun qəbuluna düşə bilsinlər. Bununla da yüzlərlə xəstə doktor Cavad Heyətin müayinə və müalicəsi sayəsində yenidən fəal həyata qayıdardı.

Beş ilə yaxındır ki, o böyük insan həyatda olmasa da, Cavad Heyət missiyasını Təbrizdə davam etdirən təbiblər çoxdur. Onlardan biri də dünya şöhrətli professorun tələbəsi olmuş Əli Zadimanidir. O, 1993-cü ildə Təbriz Universitetinin tibb fakültəsini əla qiymətlərlə bitirib. Məşhur tibb professorları Cavad Heyətdən, Xəlil Vaizdən, Əmir Bəhramidən və digərlərindən dərs alıb, onların sevimli tələbələrindən olub. Universiteti bitirdikdən sonra ixtisası üzrə 2 ilə yaxın Kirmanda, daha sonra isə 4 il Sərdəri qəsəbəsində çalışıb. İndi də yerli camaat Əli həkimin xeyirxahlığından, təmənnasız yaxşılıqlarından ağızdolusu danışır, söyləyirlər ki, "Əli həkim buradan hərbi xidmətə yola düşəndə biz həmişə ona Allah-taaladan uğurlu qulluq və işlərində yüksəliş arzulayırdıq ki, təkrarən Sərəriyə qayıtsın”.

Ə.Zadimani İranın Türkmənçay nahiyəsində 3 il hərbçi-həkim kimi vətənə xidmətdə olmuşdur. Bu zaman həm hərbiçi, həm də gənc həkim kimi üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlmiş, komandanlıq tərəfindən verilən tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmişdir. Həmçinin müqəddəs həkimlik sənətini inkişaf etdirmək üçün asudə vaxtlarında əlavə ədəbiyyatlar mütaliə etmiş, dünya tibb elmindəki yeniliklərlə maraqlanmışdır. Vətənə hərbi xidmət borcunu ləyaqətlə başa vurduqdan sonra qaynar və coşqun şəhər həyatını özündə ehtiva edən qədim Tehrana qayıtmışdır. Bu dəfə o, arzusunda olduğu təhsilartırma kursunun müdavimi olmuşdur. Burada 4 il ustadlardan dərs alan gənc həkim biliyini, savadını, dünyagörüşünü daha da artırır, ixtisasını təkmilləşdirir, nəhayət yenidən Təbrizə dönür. Bir müddət müxtəlif dövlət və özəl klinikalarda çalışır, bilik və bacarığı sayəsində böyük nüfuz sahibinə çevrilir. Əli Zadimani artıq 7 ildən çoxdur ki, Təbrizin məşhur şəfaxanalarından olan Behbud xəstəxanasında daxili xəstəliklər üzrə həkim kimi fəaliyyət göstərir.

Təbrizdə cümə və cümə axşamları istirahət günləri hesab edildiyindən həkimlər adətən işdə olmurlar. Amma bunu Əli Zadimaniyə şamil etmək olmaz. Son üç-dörd ildə mən oğlumu dəfələrlə Təbrizə, Behbud xəstəxanasına Əli həkimin yanına müayinəyə aparanda onun həmin günlərdə ya iş otağında, ya da qonşu korpusda xəstəyə baş çəkməyə getdiyinin şahidi olmuşam. Bu barədə söhbət düşəndə həkim belə dedi: "Mən əsl istirahəti xəstəmin sağalmasında tapıram. İş günüm olmasa da, xəstəxanaya gəlir, onlarla hal-əhval tuturam. Əgər xəstənin yanından xoşhal dönsəm, bu, mənim üçün ən böyük istirahət deməkdir. Yoxsa evdə rahat dayana bilmərəm”.

Əli həkimin bir yaxşı xüsusiyyəti də var ki, xəstəxanaya Azərbaycandan gələn pasientlərinə xüsusi diqqət yetirməyi xoşlayır. "Onlar Bakıdan, Gəncədən, Qarabağdan və ya digər yerlərdən uzaq yol qət edib Təbrizə mənim ünvanımı ümid yeri bilib gəlirlərsə, mən onları əziz qonağım bilirəm, ikincisi də xəstədir, müayinəyə və müalicəyə ehtiyacı varsa, ona yüksək səviyyədə diqqət yetirirəm. Ermənilərin Xocalıya hücumu zamanı əlil və müəyyən xəstəliklərə düçar olmuş onlarla uşağa, qadın və kişiyə təmənnasız xidmət göstərmişəm. Bu gün də onların çoxu mənimlə əlaqə saxlayır”, - deyir.

Xeyirxahlığına və peşəsinə olan sevgisinə görə Əli Zadimani milyonların rəğbətini qazanıb. İndiyədək dəfələrlə müxtəlif qurumlar tərəfindən yazılı və şifahi təşəkkürlərə, fəxri fərmanlara, digər mükafatlara layiq görülüb. O, özü belə hesab edir ki, mənim ən böyük mükafatım insanların sağlamlığı keşiyində ləyaqətlə dayanmaq, xalqın etimadını, sevgisini qazanmaqdır.

Xeyriyyəçi həkim ədəbiyyata, jurnalistikaya da böyük maraq göstərən ziyalıdır. Neçə illərdir ki, Təbriz radiosunda həftənin I, III, V günləri sübh çağı 7:40-da efirdə olan "Sağlam həyat” verilişinin təşkilatçısı və aparıcısıdır. Onun bu sahədəki faydalı məsləhətlərini, söhbətlərini o taylı-bu taylı azərbaycanlılar maraqla dinləyirlər. Təsadüfi deyil ki, sağlamlığı ilə əlaqədar Təbrizə yolu düşən hər kəs kimdən bir yaxşı həkimin adını soruşanda, istər-istəməz ilk növbədə Behbud xəstəxanasının daxili xəstəliklər üzrə həkimi Əli Zadimaninin adını çəkir.

Rəhman SALMANLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM