Alternative content

12:12 20 Mart 2019
ONLINE XƏBƏR LENTİ
01:41 20.03.2019 Sarsılmaz birlik
01:30 20.03.2019 Növbəti simpozium
01:13 20.03.2019 Xalq oyunları
01:11 20.03.2019 Birlik bayramı
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir sıra qanunlarda dəyişikliklər edilir
Bir sıra qanunlarda dəyişikliklər edilir
ANA SƏHİFƏ / PARLAMENT
01:03 16.02.2019


Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, ötən illərdə olduğu kimi, 2019-cu ildə də iqtisadiyyatın dinamik inkişafı davam etməkdədir.

Prezident İlham Əliyevin yeni iqtisadi inkişaf strategiyasının nailiyyətləri göz önündədir. Komitə sədri dövlət başçısının müvafiq sərəncamı ilə minimum əməkhaqqının artırılmasına da münasibət bildirərək dedi ki, minimum əməkhaqqının 38 faiz artması çox mühüm hadisədir. Bütün bunlar əhalinin yaşayış səviyyəsinin və rifahının daha da yaxşılaşmasına yönəlib.

Sonra Ziyad Səmədzadə gündəlikdəki məsələlərlə bağlı məlumat verərək müzakirəyə 10 sənədin təqdim olunduğunu bildirdi. Diqqətə çatdırıldı ki, "Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi Əqli Mülkiyyət Agentliyi tərəfindən göstərilən "Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan xidmətlərin və dövlət rüsumlarının məbləğinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və "Patent haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə (hər ikisi 3-cü oxunuş) təklif olunan dəyişikliklərə əsasən, bir sıra yeni hüquqi hərəkətlərə görə dövlət rüsumları müəyyən olunub.

Müzakirəyə çıxarılan "Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə (ikinci oxunuş) ətrafında geniş fikir mübadiləsi oldu. Öncə iclasda iştirak edən Dövlət Reklam Agentliyinin direktor müavini Orxan Əliyev "Reklam haqqında” qanuna dəyişikliklərin mahiyyəti barədə məlumat verərək bildirildi ki, yeni redaksiyada verilən 26.1-ci maddəyə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında, dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin, vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında, yeraltı keçidlərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Qanuna əlavə edilən 26.1-1-ci maddədə isə deyilir ki, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Bu məcəllədə tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sənəddə həmçinin açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısının Dövlət Reklam Agentliyindən aldığı icazənin maksimal müddətinin 1 ildən 3 ilədək artırılıması və eyni zamanda icazə müqaviləsinin ləğvi, obyektlərin adını göstərən reklam hesab olunmayan lövhələrin ölçüsünün 2 kvadratmetrədək azaldılması və bir sıra dəqiqləşdirmə xarakterli dəyişikliklər nəzərdə tutulur.

Komitə sədri Ziyad Səmədzadə qeyd etdi ki, ölkədə Reklam Agentliyi yaradılıb və qarşısına ciddi vəzifələr qoyulub. Bugünkü reallıq tələb edir ki, "Reklam haqqında” qanuna dəyişikliklər olunsun.

"Əmanətlərin tam sığortalanması haqqında” qanunda edilən dəyişikliyi Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Əfqan Baxışov təqdim etdi. Bildirildi ki, qanun 2016-cı ildə qəbul olunub və sənəddə əmanətlərin 3 il müddətinə tam sığortalanması göstərilir. Həmin müddət 2019-cu ildə bitdiyinə görə, onun daha bir il uzadılması təklif olunur. Bu düzəliş bank sektorunun dəstəklənməsinə, əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək.

İclasda daha sonra Mülki Prosessual Məcəllədə (1-ci oxunuş), İnzibati Xətalar Məcəlləsində (1-ci oxunuş), "Telekommunikasiya haqqında” (1-ci oxunuş), "İpoteka haqqında” (1-ci oxunuş), "Sığorta fəaliyyəti haqqında” (1-ci oxunuş), "Azərbaycan Respublikasında dövlət dili haqqında”, "Reklam haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə edilən texniki düzəlişlər də müsbət qiymətləndirildi.

Deputatlardan İlham Əliyev, Vahid Əhmədov, Şəmsəddin Hacıyev, Tahir Mirkişili gündəlikdəki məsələlər barədə fikirlərini söylədilər, dəyişikliklərin əhəmiyyətini qeyd etdilər, bir sıra təkliflər verdilər. Müzakirələrin yekununda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.

R.BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM