16 Fevral 2019 01:02
439
İQTİSADİYYAT
A- A+

Pensiyaçılardan tələbələrədək


Ölkədə ardıcıl həyata keçirilən sosial siyasət cəmiyyətin bütün təbəqələrini əhatə edir


Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət sayəsində həm iqtisadi inkişafın sürətlənməsi, həm də əhalinin sosial vəziyyətinin koklü şəkildə yaxşılaşması bu gün hər kəsin öz həyatında yaşadığı reallıqdır.

Maaşların 7, pensiyaların 9, minimum əməkhaqqının 6,5 dəfə artması ölkə əhaslisinin həyat şəraitinin, güzəranının xeyli yaxşılaşdırılmasına xidmət edir. Onu da qeyd edək ki, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün görülən tədbirlər mütəmadi xarakter daşıyır.

Hər il olduğu kimi, cari ilin əvvəlindən də dövlət başçısı tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib. Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqı 180 manat müəyyən olunmuşdur. Bu sərəncam ölkə əhalisinin 600 min nəfərinin aylıq əməkhaqqının artmasını təmin edir. Mütəxəssislər qeyd edirlər ki, həmin sərəncamdan sonra dövlət sektorunda çalışanların 450 min, özəl sektorda işləyənlərin isə 150 min nəfərinin əməkhaqlarında 30 faiz artım olacaq. Amma bu, təbii ki, son hədəf deyil. Dövlətin əsas hədəfi qarşıdakı yaxın illərdə minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırmaqdır.

Dövlət başçısının təşəbbüsü ilə minimum əmək pensiyasının artırılması üçün hazırlanan qanun layihəsi də əhalinin sosial müdafiəsinin yaxşılaşmasına xidmət edir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev həmin qanun layihəsini şərh edərək bildirib ki, əmək pensiyasının minimum məbləğinin martın 1-dən 38,5 faiz artırılaraq 116, bir sıra kateqoriyalar üzrə isə 80 manatdan 160 manata çatdırılması əhalinin sosial rifahının yaxşılaşmasında mühüm rol oynayacaq. Belə ki, minimum pensiya məbləğinin artırılması 223 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək. Həmin kateqoriyadan olanların 9 min nəfərinin pensiyasında 93 (yəni 75 manat), 26 min nəfərin pensiyasında 30 (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) artım olacaq. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna cari ilin 10 ayında, yəni martdan dekabradək 41 milyon, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək.

Prezidentin imzaladığı 14 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi nəticəsində bu kateqoriyadan olan tələbələr martın 1-dən 210 manat təqaüd alacaq. Xatırladaq ki, əvvəl əlaçı tələbələrin təqaüdü 185 manat idi. Prezidentin "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 14 fevral 2019-cu il tarixli sərəncamına əsasən isə ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayında olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayaraq müəyyənləşdirilib. Göründüyü kimi, bu sənəd daha çox tələbənin təqaüd alaraq öz sosial müdafiəsini gücləndirməsinə xidmət edir.

Dövlət başçısının imzaladığı başqa bir sənəd - 14 fevral 2019-cu il tarixli "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncam isə elm və magistraturada oxuyanların bir çox kateqoriyasını əhatə edir. Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin "Bizim bütün fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi durur” siyasəti ardıcıl tədbirlərlə özünün təsdiqini tapır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video